CƏMİYYƏT


Müasir dünyada tolerantlığın Azərbaycan modelindən faydalanmaq dövrün tələbinə çevrilib

Bakı, 29 iyul, AZƏRTAC

İyulun 29-da Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı “Azİz” Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının baş direktoru Lev Spivak, “AVODA” partiyasının icraçı direktoru Bar İhielin və onun məsləhətçisi Melamed Lemuellə görüşüb.

AZƏRTAC xəbər verir ki, qonaqlara Azərbaycanda dini durum barədə məlumat verən Səyyad Salahlı yəhudilərin ölkəmizdə yaşayan qədim tarixə malik xalq olduğunu vurğulayıb.

O qeyd edib ki, hər iki xalq arasında hər zaman dostluq, qarşılıqlı anlaşma və həmrəylik münasibətləri mövcud olub. Ölkəmizdə dini etiqad azadlığı yüksək səviyyədə təmin edilir və bütün dinlərin nümayəndələri bərabərhüquqlu fəaliyyət göstərir, dini ibadətlərini həyata keçirirlər. Bu baxımdan Azərbaycandakı mövcud dövlət-din münasibətləri modeli beynəlxalq ictimaiyyət tərəfindən təqdir olunur.

Eyni zamanda, diqqətə çatdırıb ki, tolerantlıq ənənəsi xalqımızın gen yaddaşının məhsuludur və dövlət siyasətinin tərkib hissəsinə çevrilərək dünya miqyasında nümunəvi modellərdən biri səviyyəsinə yüksəlib.

Komitə sədrinin birinci müavini dini konfessiyaların daim dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu, hər il onlara fəaliyyətlərinin təmin olunması, maarifləndirmə işinin aparılması məqsədilə dövlət tərəfindən maliyyə dəstəyi göstərildiyini xüsusi qeyd edib.

Səmimi görüşə görə minnətdarlığını bildirən qonaqlar Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal edilmiş torpaqlarının 44 günlük Vətən müharibəsində azad edilməsi münasibətilə təbriklərini çatdırıblar. Azərbaycanda heç bir zaman antisemitizmin olmaması, dövlət-din münasibətləri modelinin, eləcə də dini tolerantlıq mühitinin uğurlu nəticələrinin təkzibedilməz olduğunu bildiriblər. Qeyd edilib ki, bu model qorunub inkişaf etdirilməklə yanaşı, nəinki region dövlətlərində, bütün dünyada nümunəvi model kimi öyrənilməli və geniş mənada tətbiq olunmalıdır.

Görüşdə sülh və barışa böyük ehtiyac duyulan müasir dünyada tolerantlığın Azərbaycan modelindən faydalanmağın dövrün tələbinə çevrildiyi vurğulanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.