Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Müasir infrastruktur, yeni sağlamlıq-istirahət mərkəzləri turistlərin Naftalana marağını daha da artıracaq FOTO VİDEO

Naftalan, 30 iyul, Elcan Məmmədov, AZƏRTAC

Regionların sosial-iqtisadi inkişaf proqramlarının icrası çərçivəsində aparılan quruculuq və abadlıq işləri sayəsində Naftalan şəhəri bu gün turizm sektorunda ön sıralara yüksəlib. Şəhər həm müalicəvi nefti ilə xəstələrin müalicəsində daha effektiv nəticələr əldə olunmasına, həm də son illər burada yaradılan müasir turizm infrastrukturuna görə yerli əhali və ölkəmizin qonaqları üçün cəlbedici kurort mərkəzinə çevrilib. Qeyd edək ki, Naftalanın tarixində dönüş mərhələsi 1970-1990-cı illərə təsadüf edir. Həmin dövrdə ümummilli lider Heydər Əliyev şəhərin inkişafı və böyük şöhrət qazanması üçün misilsiz xidmətlər göstərib. Belə ki, o illərdə şəhərdə müxtəlif sosial və iqtisadi təyinatlı müəssisələr tikilib istifadəyə verilib. Sonrakı dövrdə isə Prezident İlham Əliyevin şəxsi təşəbbüsü və həyata keçirilən proqramlar sayəsində Naftalan şəhəri turizm sektorunda ön sıralara yüksəldi. Şəhərin əsasını sanatoriya–kurort infrastrukturu təşkil edir. Son illər müasir əsaslarla yeni kurortların yaradılması ilə şəhərin turizm potensialı genişləndirilir, sahibkarlığın inkişafı üçün münbit şərait formalaşır. “Naftalan Mərkəzi sanatoriyası” da belə layihələrdən biridir.

Ölkədə sağlamlıq turizminin əhatə dairəsini daha da genişləndirən, bir hektar ərazidə yerləşən sanatoriya müalicə üçün bu məkana üz tutan vətəndaşların məmnunluğunu tam təmin edəcək şəraitə malikdir. Mərkəz bir çox terapiya sahələrini özündə birləşdirməklə, müxtəlif xəstəliklərin müalicəsi üçün sağlamlıq-profilaktik müəssisəyə çevrilir. Yeni müəssisədə 50 nəfərə yaxın personalın çalışması şəhər əhalisinin məşğulluğunun təmin olunmasına mühüm töhfədir.

Ümumilikdə, Naftalanda fəaliyyət göstərən kurort–sanatoriya müəssisələrində 1000 nəfərdən çox şəxs işlə təmin olunub ki, bu da şəhərdə işsizliyin aradan qaldırılmasında əhəmiyyətli rol oynayır. Hazırda fəaliyyət göstərən müəssisələr gün ərzində 3000-ə yaxın turist qəbul etmə imkanına malikdir. Son illərdə Naftalan şəhərində müasir tələblərə cavab verən 10-dan çox istirahət və sağlamlıq mərkəzi istifadəyə verilib. 2021-ci ildə daha 4 sanatoriya kompleksinin açılışı nəzərdə tutulur. Bu da gələcəkdə yeni iş yerlərinin açılması və daha çox turist qarşılanması deməkdir. Qeyd edək ki, müalicə müəssisələrinə gələn qonaqların sayında ən yüksək göstərici 2019-cu ildə qeydə alınıb, həmin ildə 60 ölkədən 12000-dən çox, ümumilikdə isə 40000-ə yaxın turist gəlib.

Diqqətə çatdıraq ki, 2020-2021-ci illərdə koronavirus pandemiyası turizm sənayesinə də təsir etdiyindən rəqəmlərdə azalma müşahidə olunub. Lakin bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə Naftalanın turizm sektorunda yenidən canlanma hiss edilir. Belə ki, son bir ayda sanatoriyalara 2000-ə yaxın turist gəlib. Beləliklə, şəhər infrastrukturunun yenilənməsi, yeni sağlamlıq-istirahət mərkəzlərinin istifadəyə verilməsi yerli və xarici turistlərin Naftalana olan marağını postpandemiya dövründə daha da artıracaq.

Naftalan Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Naftalan Mərkəzi Sanatoriyası 176 yerlik 88 standart otaqdan 10 mərtəbəli korpusdan ibarətdir. Burda avtovağzal kompleksi, gözləmə zalı, kassa, saxlama kamerası, ana və uşaq otağı və 3 sanuzel mövcuddur.

Həkim İltifat Lütfizadə müsahibəsində bildirib ki, sanatoriyada tibbi müayinə üçün ginekologiya, kardiologiya, laboratoriya, hərəkət orqanlarının xəstəlikləri, dəri xəstəlikləri və ultrasəs müayinəsi şöbələri fəaliyyət göstərir.

“Naftalan Mərkəzi Sanatoriyası şəhərimizdə yerləşən digər sanatoriyalar kimi dayaq hərəkət, sinir sistemi, dəri və digər xəstəliklərin müalicəsi üçün olduqca faydalıdır. Fizioterapiya, lazerterapiya, puvaterpiya kimi müalicə üsulları ilə müalicəvi Naftalan vannasının birgə qəbul olunması çox effektiv olur. Bu sanatoriyanı digərlərindən fərqləndirən xüsusiyyətlərdən biridə burda yeni müalicə üsullarının tətbiq olunmasıdır. Bu əsasən dəri xəstəliklərində istifadə olunan puvaterapiya müalicə üsuludur. Bu üsul 28 ultrabənövşəyi şüadan ibarət bir kabinəsi olan avadanlıq vasitəsilə həyata keçirilir,”- deyə İ.Lütfizadə qeyd edib.

Vurğulayıb ki, bu sanatoriyanın digərlərindən fərqləndirən ən əsas cəhətlərdən biri Naftalan neftinə qənaət olunması, ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması və daha səmərəli istifadəsi üçün neft çənlərinə xüsusi filtrlərin yerləşdiriliməsidir. Bu filtrlər neftin digər qarışıqlardan ayrılmasına və ondan qənaətlə istifadəsinə şərait yaradacaq. Sanatoriyada istirahət üçün türk hamamı, fin hamamı, yaqut zalı, zümrüd zalının da mövcud olduğu diqqətə çatdırılıb.

Şəhərin qonaqları isə həm burdakı qiymətlərdən həm də xidmətlərdən razı olduqlarını bildiriblər. Goranboy sakini Allahşükür Ağayev 15 gündür burda müalicə olduğunu və xüsusilə qiymətlərdən razı olduğunu deyib: Bu gün müalicəvi istirahətim bitir. Demək olar ki, bütün xidmətlərdən yararlandım. Oynaq ağrılarından əziyyət çəkirdim. Tövsiyə etdilər ki, Naftalana gəlim burda müalicə olum. Xüsusilə deyim ki, qiymətlər çox əladır. Hər bir adam gündəlik 30-40 manat arası vəsair xərcləməklə qalmaq, yemək, istirahət və müalicə xidmətlərindən istifadə edə bilir. Naftalanda gəzdim, adam şəhərin gözəlliyinə heyran qalır.

İyulun 22-də Naftalan şəhərinə səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev istismar müddəti başa çatmış Naftalan şəhər hava limanına da baxıb. Dövlətimizin başçısına hava limanı haqqında məlumat verilib. Bildirildi ki, 1977-ci ildə istismara verilən hava limanı 1997-ci ilə qədər erməni qəsbkarları tərəfindən dəfələrlə atəşə tutulub. Bu, limanda təyyarələrin enmə və qalxması üçün real təhlükəyə çevrilib. 1997-ci ildə isə hava limanının fəaliyyəti dayandırılıb.

Hava Limanının rəisi Xaqani İbrahimov söyləyib ki, 1977-ci ildən istifadə edilən hava limanında fəaliyyəti dövründə gündə 4-5 rels olmaqla uçuşlar həyata keçirilib. “1980-ci illərdə burdan Krosnadar-Donetsk-Naftalan marşrutu üzrə həftə ərzində 4 dəfə aviareyslərimiz olub. Aeroportun fəaliyyəti dövründə şəhərdə 5-dən çox kassamız fəaliyyət göstərib. 1996-cı ildə təyyarə limana eniş edərkən erməni qəsbkarları tərəfindən qanad nahiyəsindən vurulub. Sərnişinlərdən xəsarət alan olmayıb. Vətən müharibəsinə qədər hava limanı cəbhə bölgəsinə yaxın olduğu üçün daim atəşə məruz qalıb və fəaliyyətini dayandırıb.,”- deyə Hava Limanının rəisi bildirib.

Gələcəkdə zonada Hava Limanının yenidən fəaliyyətə başlaması Naftalan və Suqovuşan rayonlarının vahid turizm zonalarına çevrilməsi ilə bərabər ölkədə turizm sektorunun inkişafına daha da təkan verəcək.

Naftalanda gedən sürətli abadlıq işləri fonunda yolların sürətlə asfaltlanması yerli və xarici qonaqların rahatlığının təmin olunması üçün veloyolun istifadəyə verilməsini vacib edib. Velosiped həvəskarlarının daha rahat hərəkəti üçün şəhərdə 7 km uzunluğunda veloyol çəkilib. Həmçinin, şəhərdə turistlər üçün yeni istiqamətverici turizm məlumat nişanları və ərazi göstərici nişanlar quraşdırılır.

 

Müasir infrastruktur, yeni sağlamlıq-istirahət mərkəzləri turistlərin Naftalana marağını daha da artıracaq FOTO VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

NATO müttəfiqləri Ukraynaya hava hücumundan müdafiə sistemi vermək barədə razılığa gəliblər

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Professor Kamran İmanov beynəlxalq konfransda çıxış edib

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb

Təsisçi Bakı Fransız Liseyi Təhsil Kompleksinin ləğv olunmasının səbəbini açıqlayıb

DİM sədri: Qəbul imtahanlarında tətbiq olunacaq yeniliklər azı iki il əvvəl elan edilir

Əməyin təhlükəsizliyi və gigiyenası sahəsində Türkiyə ilə təcrübə mübadiləsi aparılır