CƏMİYYƏT


Müasir müstəqil Azərbaycan dövlətinin qurulması Ümummilli Liderin zəngin siyasi təcrübəsi ilə bilavasitə bağlıdır

Bakı, 27 may, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki müdafiə qoşunlarının hərbi hissələrində 28 May – Müstəqillik Günü münasibətilə silsilə tədbirlər keçirilib.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirlərdə əvvəlcə ulu öndər Heydər Əliyevin hərbi hissələrin inzibati binalarındakı büstü önünə əklil və gül dəstələri qoyulub, Ümummilli Liderin əziz xatirəsi ehtiramla anılıb.

Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirlərdə çıxış edənlər müasir müstəqil Azərbaycan dövlətinin qurulmasının ümummilli lider Heydər Əliyevin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı ilə bilavasitə bağlı olduğunu qeyd ediblər. Vurğulanıb ki, Ulu Öndərin mütərəqqi siyasi kursunun layiqli davamçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin müdrik rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu tarixi Zəfər qazanmaqla, 30 ilə yaxın müddətdə işğal altında olmuş torpaqlarımızı azad edib, ərazi bütövlüyümüz bərpa olunub.

Tədbirlər çərçivəsində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Mədəniyyət evinin əməkdaşlarının iştirakı ilə konsert proqramları təşkil edilib, mədəniyyət işçilərinin bir qrupu hərbi hissə komandirləri tərəfindən fəxri fərmanla mükafatlandırılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.