ELM VƏ TƏHSİL


Müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında Ulu Öndərin tarixi xidmətləri olub

Bakı, 18 oktyabr, AZƏRTAC

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunan tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, tədbirdə Aİİ rektoru Aqil Şirinov çıxış edərək müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişafında ulu öndər Heydər Əliyevin müstəsna tarixi xidmətlərindən danışıb. Vurğulanıb ki, dahi rəhbər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycan daha da sürətlə inkişaf edib, dünya ölkələri arasında özünə layiqli yer tutub.

Vətən müharibəsindən bəhs edən A.Şirinov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şanlı Ordumuzun gücü, qüdrəti ilə qazandığımız Böyük Zəfərin əhəmiyyətini diqqətə çatdırıb.

Sonra İlahiyyat fakültəsi İslamşünaslıq kafedrasının müəllimi tarix üzrə fəlsəfə doktoru Rəşad Mustafa çıxış edib. O, müstəqil Azərbaycanın siyasi, iqtisadi, mədəni sahələrdə qazandığı nailiyyətlərdən danışıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.