ELM VƏ TƏHSİL


Müasir müstəqil Azərbaycanda ordu quruculuğu Ümummilli Liderin adı ilə bağlıdır

Bakı, 25 iyun, AZƏRTAC 

İyunun 25-də Azərbaycan Milli Elmlər Akademiyasının “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktor müavini Afiq Sultanov Azərbaycan Ordusunun tarixindən və keçdiyi şanlı inkişaf yolundan danışıb. Bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il 26 iyun tarixli qərarı ilə birinci nizami hərbi hissə - əlahiddə Azərbaycan korpusu yaradılıb. Bu qərar Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının əsasını təşkil edir. Müasir müstəqil Azərbaycanda ordu quruculuğunun ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu deyən A.Sultanov diqqətə çatdırıb ki, dahi şəxsiyyət hələ sovet dövründə ölkəmizə rəhbərlik etdiyi illərdə uzaqgörənliklə mühüm tədbirlər həyata keçirib, zəruri infrastrukturun formalaşdırılmasına nail olub. Ulu Öndərin ordu quruculuğu siyasətini yeni dövrün tələbləri əsasında daha da inkişaf etdirən və qətiyyətlə reallaşdıran Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində bu gün Azərbaycan Silahlı Qüvvələri regionun ən qüdrətli ordusuna çevrilib.

Əməkdar İncəsənət Xadimi, rejissor Ziya Şıxlinski ərsəyə gətirdiyi “Yazılsın tarixə bir qızıl xətlə” filmindən bəhs edib. Bildirilib ki, ekran əsərində istifadə olunan nadir materiallar Azərbaycanın, Türkiyənin və Rusiyanın milli arxivlərindən götürülüb. Filmdə Bakının Stepan Şaumyanın başçılıq etdiyi Bakı Kommunasının silahlı qüvvələrindən və daşnak quldur dəstələrindən azad edilməsinə xüsusi yer verilib.

Sonra “Yazılsın tarixə bir qızıl xətlə” filmi nümayiş olunub.

Tədbirdə digər çıxış edənlər Azərbaycan Silahlı Qüvvələrinin inkişafında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olduğunu və bu siyasətin hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, ordumuzun inkişaf və təkmilləşmə dövrünü yaşadığını vurğulayıblar.

Sonda Z.Şıxlinski ekranlaşdırdığı filmin diskini, Əlağa Şıxlınskinin Moskvada “OLMA Media Qrup” nəşriyyatında çapdan çıxan “Xatirələrim” kitabını, 1801-1813-cü illəri əhatə edən Qafqazın xəritəsini və Qafqaz İslam Ordusunun komandanı, türk generalı Nuru Paşanın artilleriya generalı Əliağa Şıxlinski ilə birgə tarixi fotosunu “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinə təqdim edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.