REGİONLAR


“Müasir rəqs” nominasiyası üzrə yer tutan MDU tələbələri ilə görüş keçirilib

Bakı, 25 iyun, AZƏRTAC

İyunun 24-də Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Təhsil Nazirliyi və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin birgə qərarı və təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalında “Müasir rəqs” nominasiyası üzrə II yer tutan tələbələrlə görüşüb.

MDU-dan AZƏRTAC-a bildirilib ki, ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən festivalda uğur qazanan universitet təmsilçilərini təbrik edən rektor Ş.Bayramov Ulu Öndərin əziz xatirəsinə həsr olunmuş müsabiqədə MDU-nun qaliblər siyahısında yer almasına nail olan gənclərə təşəkkürünü bildirib.

Gənclərin vətənpərvərlik və milli adət-ənənələrimizə hörmət ruhunda yetişdirilməsi baxımından festivalın əhəmiyyətini vurğulayan Ş.Bayramov tədbirin təşkilində əməyi olan hər kəsə minnətdarlığını ifadə edib və tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

MDU adına əldə etdikləri uğurdan böyük fəxr hissi keçirdiklərini qeyd edən tələbələr göstərilən diqqət və dəstəyə görə universitet rəhbərliyinə təşəkkür ediblər.

Sonra xatirə şəkilləri çəkdirilib.

Qeyd edək ki, sözügedən bədii yaradıcılıq müsabiqə-festivalının keçirilməsində məqsəd tələbələri milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, onların bədii-estetik səviyyəsini yüksəltmək, mədəni həyat tərzinin formalaşdırılması işinə kömək göstərməkdir. Həmçinin, incəsənət və mədəniyyətimizin ayrı-ayrı sənət növləri üzrə istedadlı gənclərin üzə çıxarılması, onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək vermək də məqsədlər sırasında olub. Respublika üzrə 28 ali məktəb və 3000-dən artıq tələbənin iştirakı ilə keçirilən festivalda gənclər bədii qiraət, musiqi və rəqs bacarıqlarını nümayiş etdiriblər. Müsabiqə-festivalda “Müasir rəqs” nominasiyası üzrə II yer tutan MDU Təhsil Nazirliyinin və ATİAHİ-nin fəxri fərmanına layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.