İQTİSADİYYAT


“Müasir şəhərsalmada novatorluq və ənənələr” mövzusunda elmi konfrans öz işinə başlayıb

Bakı, 6 may, AZƏRTAC

Mayın 6-da Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Müasir şəhərsalmada novatorluq və ənənələr” mövzusunda elmi-praktiki konfrans öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, konfrans AzMİU və Azərbaycan Memarlar İttifaqının birgə təşkilatçılığı ilə reallaşıb.

Konfransın açılış mərasimində Azərbaycan Memarlar İttifaqının sədri, professor Elbay Qasımzadə, universitetin tədris işləri üzrə prorektoru Akif Qasımov, Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov və Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov çıxış edərək konfransın əhəmiyyətindən bəhs ediblər.

Konfransda “Azərbaycanın Xəzər dənizi sahil zonasında şəhər və qəsəbələrin inkişafının şəhərsalma-ekoloji prinsipləri”, “Azərbaycan Respublikasının Vahid Məskunlaşma Sisteminin təkmilləşdirilməsi istiqamətində şəhərlərin inkişaf xüsusiyyətləri”, “Müasir siyasi-iqtisadi şəraitdə məskunlaşmanın mahiyyəti”, “Ağıllı şəhər” - şəhər problemlərinin innovativ həll yolu” və digər mövzularda məruzələr dinlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.