HEYDƏR ƏLİYEV - 100


Müasir səhiyyənin inkişafı Ulu Öndər Heydər Əliyevin vaxtilə verdiyi doğru qərarların məntiqi nəticəsidir

Quba, 24 may, Elxan Yusifli, AZƏRTAC

Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti illərində mövcud səhiyyə ocaqlarının abadlaşdırılması, yeni tibb müəssisələrinin tikilib istifadəyə verilməsi, yüksək potensiallı tibb kadrlarının hazırlanması işlərinə xüsusi diqqət yetirilib. Əminliklə demək olar ki, müasir səhiyyənin inkişafı məhz Ulu Öndərin vaxtilə vəziyyəti düzgün dəyərləndirib situasiyanı xeyrimizə dəyişmək üçün verdiyi doğru qərarların məntiqi nəticəsidir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Quba Tibb Kollecində “Heydər Əliyev İli” çərçivəsində keçirilən “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda konfransda bildirilib.

Tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevə həsr olunan filmi izləyiblər.

Kollecin direktoru Mikayıl Mirzəliyev bildirib ki, bu gün digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində də Ulu Öndərin sosialyönümlü siyasət strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi altında səhiyyə sistemində aparılan əsaslı islahatlar sayəsində səhiyyə idarəçiliyi və maliyyələşməsinin yeni müasir konsepsiyalara uyğun formalaşdırılması, ən yaxşı beynəlxalq təcrübədən istifadə, yerli və xarici tərəfdaşlarla məhsuldar əməkdaşlığın bu islahatların təməlini təşkil edir. Səhiyyə sahəsində aparılan mühüm işlərdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rolu böyükdür. Məhz bu diqqət və dəstək sayəsində səhiyyədə bir çox irəliləyişlərə nail olmaq mümkün olub.

Quba Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Laçın Səfərəliyev, Rayon Ağsaqqallar Şurasının sədri İldırım Məmmədov, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Ramiz Qusarçaylı çıxışlarında Azərbaycanda hüquqi dövlət quruculuğu və ictimai-siyasi, sosial-iqtisadi, mədəni, habelə digər bütün sahələrdə inkişafın dahi şəxsiyyət, uzaqgörən siyasətçi, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd ediblər. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyev cəmiyyətin hərtərəfli inkişafı, hüququn aliliyi və demokratiyanın əsas prinsiplərinin rəhbər tutulduğu idarəetmə mexanizmlərinin qurulmasında, Azərbaycanın beynəlxalq nüfuzunun artırılması, iqtisadi münasibətlərdə etibarlı tərəfdaş, güvənilən ölkə statusu qazanmasında əvəzsiz xidmətlər göstərib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.