ELM VƏ TƏHSİL


“Müasir təhsil sistemindəki nailiyyətlər və əsas məqsədlər” mövzusunda müzakirələr aparılıb

Bakı, 12 oktyabr, AZƏRTAC 

Oktyabrın 12-də 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi çərçivəsində “Müasir təhsil sistemindəki nailiyyətlər və əsas məqsədlər” mövzusunda müzakirə paneli keçirilib.

AZƏRTAC xəbər verir ki, paneldə “Landau School” və “Leznik&Co” şirkətlərinin həmtəsisçisi Emil Leznik, “Ders Evi” təhsil mərkəzinin ictimaiyyət və dövlət qurumları ilə əlaqələr üzrə meneceri Elvira Bağırova, “You will speak” təhsil mərkəzinin direktoru Günay Rəsulova, “CELT Colleges” dil kurslarının direktoru Baba Kərimli və "Motivated Outstanding Mothers" təşkilatının təsisçisi Aysel Hüseynovanın məruzəsi dinlənilib.

Ekspertlər panel çərçivəsində sərgi auditoriyası ilə “canlı” dialoq formatında müasir təhsil haqqında fikirlərini bölüşüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.