İDMAN


Muay-tay üzrə Bakı çempionatının qalibləri müəyyənləşib

Bakı, 13 mart, AZƏRTAC

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Abşeron Olimpiya İdman Kompleksində muay-tay üzrə paytaxt çempionatı keçirilib.

BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, çempionatda 11 klubdan 200-ə yaxın idmançı mübarizə aparıb.

Yekun nəticələrə əsasən, Rəvan Ağazadə, İmran Dadaşov, Natiq Əliyev, Tural Allahverdiyev, Rüfət Əhmədov, Hafiz Qafarov, Elşən İmanov, Tahir Nəsibli, Murad Nuruzadə, Süleyman Adıgözəlli və Əli Əliyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Qaliblərə Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və medallar təqdim olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.