SİYASƏT


Mübariz Əhmədoğlu: Yaxın gələcəkdə Ermənistanda siyasi xaos daha da kəskinləşəcək

Bakı, 22 oktyabr, AZƏRTAC 

Hazırda Ermənistanda çox ciddi proseslər gedir. Yaxın gələcəkdə işğalçı ölkədə siyasi xaos daha da kəskinləşəcək.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu oktyabrın 22-də "Qarabağ Saatı" adlı növbəti mətbuat konfransında deyib.

Politoloq qeyd edib ki, bu gün Ermənistan hakimiyyəti və Dağlıq Qarabağ klanı arasında kəskin münaqişə mövcuddur. Hazırda fərqli siyasi qütblərə ayrılan Ermənistan hakimiyyəti Dilqəm Əsgərov və Şahbaz Quliyevin azadlığa buraxılması məsələsi ilə bağlı bir-birilərinə qarşı fikirlər səsləndirirlər.

Mübariz Əhmədoğlu vurğulayıb ki, Azərbaycanın əldə etdiyi uğurları qəbul etməyən qüvvələr ölkədə siyasi xaos yaratmağa çalışırlar. Oktyabrın 19-da keçirilən qanunsuz aksiya da bu təxribatın tərkib hissəsidir. O, həmçinin əlavə edib ki, bəzi xarici qüvvələr Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini istəmir. Bu da təxribatın səbəblərindən biridir.

Azərbaycanın xarici əlaqələrinin yüksək səviyyədə olduğunu deyən politoloq vurğulayıb ki, ölkəmiz bir neçə gündən sonra Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının sammitinə ev sahibliyi edəcək. O əlavə edib ki, bu, Azərbaycanın növbəti uğurudur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.