REGİONLAR


Mübariz Həmidov: 20 Yanvar xalqımızın Milli Qürur Gecəsidir

Sumqayıt, 20 yanvar, Ətrabə Rzayeva, AZƏRTAC 

Azərbaycan milli azadlıq yolunda uzun, çətin, amma şərəfli yol keçib. 1990-cı ilin 20 Yanvar gecəsində azadlıq eşqi, qan yaddaşından gələn ərən ruhu ilə əliyalın küçəyə çıxan insanlar güllələrə tuş gəldilər. Gözü dönmüş imperiya ordusu anlamadı ki, zəngin dövlətçilik təcrübəsinə malik bu xalqı qorxutmaq qeyri-mümkündür. 20 Yanvar xalqımızın Milli Qürur Gecəsi oldu. Sovet imperiyası gördü ki, ağır günlərdə öz xalqının səsinə səs verən Liderimiz var. Məhz ulu öndər Heydər Əliyev heç nədən qorxmayaraq imperiyanın paytaxtında, Moskvada xalqımızın haqq səsini dünyaya çatdırdı.

Bu sözləri AZƏRTAC–a Sumqayıt Dövlət Dram Teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov deyib.

“Bu gün Qələbə zirvəsindən tarixin geridə qalan səhifəsinə boylananda bir daha əmin oluruq ki, 20 Yanvarda tökülən qanlar azadlıq ağaclarını can verib. Ali Baş Komandanımızın sərkərdəlik qabiliyyəti, qətiyyəti, ordumuzun qüdrəti, ən əsası xalqla Prezidentin sarsılmaz birliyi sayəsində Vətən müharibəsində qazanılan Qələbə bir daha göstərdi ki, xalqımızın azadlıq əzmini qırmaq olmaz”, - deyə Mübariz Həmidov qeyd edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.