CƏMİYYƏT


Mübariz Qurbanlı: Azərbaycanda 37 qeyri-müsəlman icması qeydiyyatdan keçib

Mübariz Qurbanlı: Azərbaycanda 37 qeyri-müsəlman icması qeydiyyatdan keçib

Bakı, 30 mart, AZƏRTAC

Azərbaycanda 956 islam icması, 37 qeyri-müsəlman icması qeydiyyatdan keçib. Ölkəmizdə 5 dini məktəb, 16 kilsə, 7 sinaqoq fəaliyyət göstərir.

AZƏRTAC xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin martın 30-da keçirilən iclasında “Azərbaycanda dövlət-din münasibətləri: real durum və perspektivlər” məsələsinə münasibət bildirərkən səsləndirib.

Onun sözlərinə görə, müstəqilliyimiz bərpa olunduqdan və dövlətin strateji hədəfləri müəyyən edildikdən sonra dinə də münasibət bildirilib. Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı dövlət kimi formalaşmasında Ulu Öndər Heydər Əliyevin böyük rolu vardır.

Ölkəmizdə din və dövlətin bir-birindən ayrı olduğunu diqqətə çatdıran Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri bildirib ki, Azərbaycanın din siyasətinin əsasında tolerantlıq, dünyəvilik və vəhdət dayanır. Son zamanlar baş verənlər onu deməyə əsas verir ki, dövlət-din məsələlərinə münasibətdə qanunvericilikdə müəyyən təkmilləşdirmə aparılmasına ehtiyac vardır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.