Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Mübariz Qurbanlı: Ölkəmizdə milli-mənəvi dəyərlərin, birlik və həmrəyliyin təbliği istiqamətində kompleks tədbirlər görülüb

Mübariz Qurbanlı: Ölkəmizdə milli-mənəvi dəyərlərin, birlik və həmrəyliyin təbliği istiqamətində kompleks tədbirlər görülüb

Bakı, 5 avqust, AZƏRTAC

Avqustun 5-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Kollegiyasının 2021-ci ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş onlayn iclası keçirilib.

DQİDK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, kollegiya iclasını giriş sözü ilə açan komitə sədri Mübariz Qurbanlı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfərə diqqət çəkərək bu qələbənin əsasında ölkə başçısının məqsədyönlü müdrik siyasətinin və ordumuzun gücünün dayandığını deyib. Eyni zamanda, qələbəmizi şərtləndirən amillərdən biri də xalqımızın həmrəyliyi, milli dəyərlərə, birgəyaşayış ənənəsinə verdiyi önəmdir.

Əhalinin rifah halının daha da yaxşılaşdırılması, bu istiqamətdə mühüm layihələrin həyata keçirilməsi, ölkəmizdə sosial müdafiə sisteminin etibarlılığının ən yüksək səviyyəyə çatdırılması istiqamətində Prezident İlham Əliyevin çoxşaxəli fəaliyyətindən bəhs edən M.Qurbanlı Azərbaycan dövlətinin vətəndaşların dini etiqad azadlığının təminatı sahəsində də həyata keçirdiyi tədbirlərin öz müsbət bəhrəsini verdiyini bildirib. Qeyd edilib ki, hazırda Azərbaycanda dini durum sabitdir, bu sahədə cərəyan edən proseslər və tendensiyalar nəzarətdədir.

Tarixi-dini abidələrimizin, o cümlədən məscid, kilsə, sinaqoqların bərpası və yenidən qurulması, yeni ibadət evlərinin inşasının Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin tərkib hissəsi olduğunu vurğulayan Komitə sədri Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən 30 illik işğaldan azad olunan ərazilərimizdə ermənilərin dağıtdığı dini abidələrin, o cümlədən məscidlərin bərpasına dair görülən işlərdən danışıb, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən Şuşada yeni məscidin təməlinin qoyulması, Zəngilanda erməni vandallığına məruz qalan məscidin, eləcə də Ağdamda “Qiyaslı” məscidinin yenidən qurulması işlərinə başlanılması, “Qazançı” kilsəsində bərpa işlərinin aparılmasını dövlətimizin milli-mənəvi, tolerantlıq dəyərlərinə verdiyi önəmin növbəti təzahürü olduğunu bildirib.

Cari ilin ilk 6 ayında Dövlət Komitəsinin fəaliyyəti barədə ətraflı məlumat verən Mübariz Qurbanlı qeyd edib ki, bu dövr həm də ona görə əlamətdardır ki, iyunun 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 20 ili tamam olub. Hazırda Komitənin 20 illik fəaliyyətini özündə əks etdirən sənədli film üzərində iş gedir. Eyni zamanda, vurğulanıb ki, bu il iyun ayından başlayaraq Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi müvafiq qərara uyğun olaraq dini məbədlər (məscid, kilsə və sinaqoqlar) ibadət üçün açılıb və Dövlət Komitəsi pandemiya şərtləri çərçivəsində dini məbədlərdə təşkil olunan mərasimlərin monitorinqini aparmaqdadır. Bu istiqamətdə, yəni, Operativ Qərargahın müəyyən etdiyi tələblərdən kənara çıxılma halı qeydə alınmayıb.

Komitənin maarifləndirmə istiqamətində reallaşdırdığı layihələrə toxunan M.Qurbanlı milli-mənəvi dəyərlərimizin, birlik və həmrəyliyimizin, ölkəmizdə mövcud olan vəhdət nümunəsinin təbliği, o cümlədən erməni vandalizmi aktlarının daha geniş auditoriyaya yayılması sahəsində, habelə bu sahədə sosial istiqamətdə kompleks tədbirlər həyata keçirdiyini vurğulayıb. COVID-19 pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, Dövlət Komitəsinin maarifləndirmə tədbirlərini diqqətə çatdıran M.Qurbanlı həmin tədbirlər çərçivəsində Dövlət Komitəsinin sifarişi ilə kütləvi informasiya vasitələri və sosial medianın imkanlarından istifadə etmək, eləcə də bu sahədə maarifləndirmə işinin effektivliyini artırmaq məqsədilə sənədli filmlərin, videoçarxların çəkildiyini, bunların gənclərin vətənpərvərlik və həmrəylik ruhunda tərbiyə olunmasına, Ermənistanın Azərbaycanın tarixi dini-mədəni irsinə qarşı törətdiyi cinayətlərin ifşa edilməsinə xidmət göstərdiyini bildirib.

Mübariz Qurbanlı ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət-din siyasətini Prezident İlham Əliyevin uğurla davam etdirdiyini, dövlət tərəfindən mövcud dini konfessiyaların fəaliyyətinin dəstəklənməsi məqsədilə mütəmadi olaraq onlara maddi dəstək göstərildiyini xatırladaraq, növbəti belə Sərəncamın iyulun 8-də imzalandığını diqqətə çatdırıb.

2021-ci ilin birinci yarısında görülmüş işlər və ölkədəki mövcud dini durum barədə hesabatla çıxış edən Dini qurumlarla iş üzrə şöbənin müdiri Cahandar Əlifzadə hesabat dövrü ərzində Dövlət Komitəsinin əsas fəaliyyət istiqamətlərindən biri olan dini icmaların dövlət qeydiyyatına alınması prosesinin davam etdirildiyini və hesabat dövründə 15 dini icmanın dövlət qeydiyyatından keçirildiyini, bununla da dövlət qeydiyyatına alınmış dini qurumların sayının 970-ə çatdığını deyib. Vurğulayıb ki, 2021-ci ilin ilk 6 ayında Dövlət Komitəsinə daxil olmuş müraciətlər əsasında idxalı nəzərdə tutulan 2762 adda dini məzmunlu ədəbiyyat dinşünaslıq ekspertizasından keçirilib, nəşr olunmaq məqsədilə təqdim edilmiş 133 adda dini ədəbiyyata baxılıb, 238 adda dini təyinatlı ədəbiyyata 337 min 870 ədəd nəzarət markası verilib.

C.Əlifzadə hesabat dövrü ərzində Komitə tərəfindən ölkədəki dövlət-din münasibətlərinin tənzimlənməsi, eyni zamanda, Azərbaycan vətəndaşlarının, xüsusilə gənclərin zərərli dini cərəyanların təsiri altına düşməsinin, din adı altında milli və dövlət maraqlarımıza zidd zərərli təlimlərin yayılmasının qarşısının alınması məqsədilə ayrıca və digər qurumlarla birgə (mərkəzi və yerli icra hakimiyyəti orqanları, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, QMİ, müxtəlif dini konfessiyalara mənsub qurumlar, QHT-lər, şəhər və rayonlardakı Heydər Əliyev mərkəzləri, Mədəniyyət və Gənclər və İdman nazirliklərinin yerli strukturları, Ombudsman Aparatının regional mərkəzləri, Yeni Azərbaycan Partiyası, hüquq-mühafizə orqanları və s.) onlayn formatda ümumilikdə 260-dan artıq tədbir keçirildiyini diqqətə çatdırıb. Komitə tərəfindən ulu öndər Heydər Əliyevin anadan olmasının 98 illiyi münasibətilə çoxsaylı tədbirlər, o cümlədən dini icmalar arasında “Heydər Əliyev irsi: Azərbaycanda dövlət-din münasibətləri” mövzusunda ənənəvi yazı müsabiqəsi təşkil olunub.

Qeyd edib ki, dövlət proqramları çərçivəsində Komitənin bölgə şöbələri tərəfindən müxtəlif mövzularda maarifləndirici tədbirlər keçirilib. Eyni zamanda Dövlət Komitəsi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti arasında “2021-ci ildə dini ekstremizmə qarşı birgə mübarizəyə dair birgə tədbirlər planı” çərçivəsində Bakı şəhəri, Füzuli, Xocavənd, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər, Şuşa, Ağdam, Tərtər şəhər və rayonları üzrə müvafiq mərkəzi və yerli icra hakimiyyətlərinin nümayəndələrinin iştirakı ilə tədbirlər təşkil olunub.

Həmçinin İTV kanalında yayımlanan “Cəmiyyət və Din”, SPACE telekanalında yayımlanan “İnam”, Mədəniyyət kanalında yayımlanan “Haqqın dərgahı” verilişləri vasitəsi ilə maarifləndirmə işləri davam etdirilib, Dövlət Komitəsinin mətbu orqanı olan “Dövlət və Din” ictimai fikir toplusu, “Cəmiyyət və Din” qəzeti çap edilib. Cari ilin ilk 6 ayı ərzində komitə Azərbaycanın dövlət-din münasibətlərinin, tolerantlıq təcrübəsi və multikultural dəyərlərinin, xüsusilə Qarabağla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, beynəlxalq hesabatlarda ölkəmizə qarşı qərəzli yanaşmanın aradan qaldırılması, qeyri-müsəlman icmaların fəaliyyəti ilə əlaqədar məsələlərin tənzimlənməsi, xarici ölkələrdəki dini təşkilatlarla ikitərəfli əlaqələrin təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirib.

Şöbə müdiri bildirib ki, komitə sədrinin müəllifliyi ilə “Ermənistanın Azərbaycanı azad edilmiş ərazilərdə “mədəni cinayətlər” törətmək barədə əsassız iddiaları” adlı məqaləsi bir çox xarici ölkə mətbuatında işıqlandırılıb.

Hesabat dövründə Komitə ikinci dəfə başlatdığı “Könüllü fəaliyyət” layihəsini yekunlaşdırıb, Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planının 5.5-ci bəndinə əsasən Komitə yanında İctimai Şuranın yenidən formalaşdırılması prosesi çərçivəsində Şuraya seçkilər keçirilib.

Komitənin bütün istiqamətlər üzrə fəaliyyəti KİV-də, rəsmi saytında, sosial şəbəkələrdə operativ şəkildə işıqlandırılıb. Komitənin rəsmi saytı vasitəsilə (scwra.gov.az) məlumatların açıqlığı və əlçatanlığı təmin edilib, sosial şəbəkələrdəki rəsmi hesablar üzərindən paylaşılan film və videoçarxları ümumilikdə 100 mindən çox sosial şəbəkə istifadəçisi izləyib.

Daha sonra Dövlət Komitəsinin tabeliyində yaradılan Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) 2021-ci ilin I yarısında fəaliyyəti və cari ildə görüləcək işlərə dair hesabatla Fondun icraçı direktoru Mehman İsmayılov çıxış edib. Bildirib ki, MDTF tərəfindən cari ilin ilk 6 ayı ərzində dini etiqad sahəsində işlər davam etdirilib, o cümlədən bir sıra İslam və qeyri-islam dini icmalarının maarifləndirici layihələrinə maddi dəstək göstərilib. Fondun dəstəyi və təşkilatçılığı ilə Alban-Udi Xristian dini icmasının üzvləri işğaldan azad edilmiş Xocavənd rayonunun Tuğ kəndindəki Alban məbədini, eyni zamanda, Kəlbəcər rayonunda yerləşən Xudavəng məbədini və Laçın rayonu ərazisində yerləşən qədim alban məbədi “Ağoğlan” monastırını ziyarət ediblər.

MDTF Müqəddəs Ramazan ayı münasibətilə müsəlman dini icmalarla birlikdə keçirilən “Şəhid ailələrinə Ramazan sovqatı” aksiyası çərçivəsində ölkənin 12 şəhər və rayonunda ümumilikdə 720 nəfər Vətən müharibəsi şəhidinin ailəsi ziyarət edilib və onların hər birinə alış-veriş kartı hədiyyə olunub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edən dini icma sədri və din xadimlərinin hər birinə Fond tərəfindən 500 manat məbləğində birdəfəlik maddi yardım göstərilib.

Mehman İsmayılov qeyd edib ki, Mənəvi Dəyərlərin Təbliği Fondu 2021-ci ildə təhsilalanların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə Azərbaycan İlahiyyat İnstitutunun 20 tələbəsinə 100 manat, 21 tələbəsinə 150 manat məbləğində aylıq təqaüd verib və 1 nəfər tələbə üçün adıçəkilən təhsil müəssisəsi tərəfindən təsis edilmiş 200 manat məbləğində “Heydər Əliyev mükafatı” maliyyələşdirib. Eyni zamanda, Fond tərəfindən 44 günlük Vətən Müharibəsində şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsini yad etmək, onların övladlarını sevindirmək məqsədilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Şəhid yadigarları” adlı aksiyada ölkəmizin 8 şəhər və rayonunda 127 nəfər Vətən müharibəsi şəhidlərinin övladları ziyarət edilib, onlara müxtəlif hədiyyələr təqdim edilib. Həmçinin Fondun maliyyə dəstəyi ilə Bakı şəhərində 61 nəfər, Gəncə, Qazax və Ağstafa rayonlarında 139 nəfər şəhid və qazi ailəsinin övladlarına hədiyyələr təqdim edilib.

M.İsmayılov Azərbaycanda yerləşən Alban tarixi-dini abidələrinin geniş auditoriyada təbliği, müxtəlif bölgələrimizdə yerləşən, keçmişimizin izlərini özündə əks etdirən bu abidələrin daha çox öyrənilməsi, eləcə də qalib elan edilən materialların müxtəlif internet resurslarında xarici dillərdə (rus və ingilis dillərində) yayılmasının həyata keçirilməsi məqsədilə MDTF tərəfindən “Mənəvi mirasımız: Alban dini məbədlərimiz” adlı videoçarx müsabiqəsinin keçirildiyini və müsabiqənin qaliblərinin Fond tərəfindən mükafatlandırıldığını qeyd edib.

Azərbaycan İlahiyyat İnstitutunun 2021-ci ildə fəaliyyəti və 2020-2021-ci tədris ilinə hazırlıq işləri barədə məlumatlarla çıxış edən Azərbaycan İlahiyyat İnstitutunun prorektoru Mübariz Camalov bildirib ki, hesabat dövründə İnstitutda mövcud pandemiya şəraitinə uyğun olaraq müxtəlif mövzularda ictimaiyyət nümayəndələri, elm xadimləri, eləcə də İnstitut əməkdaşlarının və tələbələrin iştirakı ilə 25 dən çox onlayn tədbir (konfrans, seminar, vebinar, müsabiqə və s.) təşkil edilib.

Hesabat dövründə İnstitutun müəllim və əməkdaşları tərəfindən 5 kitab və monoqrafiya, 2 dərslik və dərs vəsaiti, 12 fənn proqramı, 1 xaricdə həmmüəllif kitab, 3 tərcümə əsəri, yerli və beynəlxalq elmi jurnallarda 22 məqalə, elmi-publisistik jurnallar və qəzetlərdə 11 məqalə, respublika və beynəlxalq konfrans və ya simpoziumlarda 17 tezis və məqalə nəşr olunub. İnstitutun “Din araşdırmaları” və “İlahiyyat” elmi-publisistik jurnalları, eləcə də ali təhsil müəssisəsinin fəaliyyətini əks etdirən bülleten, həmçinin “İlahiyyat nəşrləri” layihəsinə əsasən müəllimlərin kitabları, bukletlər, qeydiyyat kitabları və digər multimedia materialları nəşrə hazırlanıb.

Mübariz Camalov vurğulayıb ki, hesabat dövrü ərzində “Ramazan orucunun hikməti, yaxud nə üçün oruc tuturuq”, “Oruc və nəfs tərbiyəsi”, “Səmavi dinlərdə oruc”, “Ramazan və Quran”, “Orucluğun tarixi”, “Qədr gecəsi”, “Ramazan ayının fəziləti”, “Fitrə sədəqəsi” və “Bayram namazı” mövzularında Aİİ-nin müəllimlərinin iştirakı ilə maarifləndirici videolar hazırlanıb, ictimaiyyətə təqdim olunub.

Aİİ öz fəaliyyətində xarici ölkələrin müvafiq ali təhsil müəssisələri ilə əlaqələrin gücləndirilməsi, ikitərəfli əməkdaşlıq çərçivəsində birgə layihələrin həyata keçirilməsi, elm və təhsil sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, müəllim və tələbə mübadiləsi proqramlarının reallaşdırılması məqsədilə hesabat dövründə Azərbaycan İlahiyyat İnstitutu ilə Pakistan İslam Respublikasının Müsəlman İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb.

Daha sonra Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov qarşıdan gələn Məhərrəm ayı ilə bağlı Komitə tərəfindən görüləcək maarifləndirmə tədbirləri ilə bağlı məruzə edib, gələcək hədəflər, problem və perspektivlər geniş müzakirə edilib.

Dövlət Komitəsinin sədr müavinləri Sahib Nağıyev, Səyavuş Heydərov, həmçinin Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev gündəlikdə olan məsələlərlə bağlı fikirlərini bölüşüblər.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisinin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB VİDEO

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY