CƏMİYYƏT


Mübariz Qurbanlı: Sosial mediada dinlə bağlı yayılan yazılar bəzi hallarda bizi qane etmir

Bakı, 23 iyul, AZƏRTAC 

Sosial mediada dinlə bağlı yayılan yazılar bəzi hallarda bizi qane etmir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə müsahibəsində deyib.

O bildirib ki, xüsusilə xaricdə olan şəxslər tərəfindən sosial media üzərindən Azərbaycandakı dini vəziyyətlə bağlı yazılan yazılarda, sosial şəbəkələrdə verilən məlumatlarda qərəz, Azərbaycan haqqında mənfi rəy formalaşdırmaq cəhdləri özünü göstərir. Əlbəttə, bunlar anti-Azərbaycan ünsürlərin fəaliyyətinin nəticəsidir. “Azərbaycan dini tolerantlıq baxımından, multikultural dəyərlərin qorunması baxımından nümunəvi bir ölkədir. Ancaq ölkəmizin əleyhinə olan qruplar, dairələr xaricdən Azərbaycan haqqında sosial şəbəkələr üzərindən yanlış məlumatlar yaymağa cəhd edirlər. Bunun qarşısını almaq üçün bizim xüsusi qrupumuz fəaliyyət göstərir və bu cür məlumatlar olduqda həmin qrup bu məlumatların yanlış olması barədə ictimaiyyəti məlumatlandırır”,- deyə Komitə sədri vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.