CƏMİYYƏT


“Mübarizlər” ekstremal idman marafonunda qalib gələn komanda təltif olunub

Bakı, 6 oktyabr, AZƏRTAC 

Oktyabrın 6-da Fövqəladə Hallar Nazirliyində (FHN) “Mübarizlər” ekstremal idman marafonu üzrə respublikanın güc strukturlarının komandaları arasında keçirilmiş yarışda birinci yer tutan nazirliyin komandasının üzvləri təltif olunublar.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə iştirak edən fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev qalib komandanın üzvlərini təbrik edib, onlara gələcək yarışlarda uğurlar arzulayıb.

Xatırladaq ki, sentyabrın 29-da Bakıda FHN-in Təlim-Tədris Mərkəzində “Gilan Holding”in, FHN-in, Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin təşkilati dəstəyi ilə beynəlxalq səviyyəli ekstremal idman turniri – “Mübarizlər” yarışı keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.