İDMAN


Mucelloda Formula 1 yarışlarını 2025-ci ildə keçirmək niyyətindədirlər

Bakı, 12 sentyabr, AZƏRTAC 

Formula 1 çempionatının İtaliya Qran-Prisinin yaxın illər üçün taleyi həll olunub. Ötən həftə yürüşlərin 2024-cü ilədək Montsada keçiriləcəyi barədə saziş imzalanıb. Lakin Mucelloda “Ferrari”yə məxsus avtodromun rəhbərliyi bu təşəbbüsü 2025-ci ildə ələ keçirmək niyyətindədirlər.

AZƏRTAC xəbər verir ki, avtodromun rəhbəri Paolo Poli deyib: “Bizim ilk məqsədimiz “MotoGP” mərhələlərinin keçirilməsini bərpa etməkdir. Lakin 5 ildən sonra biz Formula 1 yürüşlərini Toskanaya gətirmək istərdik.

Digər İtaliya traslarından fərqli olaraq, Mucello dövlət tərəfindən maliyyələşdirilmir. “Ferrari” infrastrukturun keyfiyyətini yaxşılaşdırmaq üçün 2006-cı ildən 2016-cı ilədək böyük sərmayə xərcləyib. Rekord həddi daim artır və biz bu tempi dəstəkləməyə hazırıq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.