Azərbaycan Dövlət İnformasiya Agentliyi

ORDU

Müdafiə Nazirliyi 44 günlük Vətən müharibəsi ilə bağlı “Qəhrəmanlıq salnaməsi” adlı videoçarx yayımlayıb VİDEO

Bakı, 27 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi qəhrəman Ordumuzun şanlı Qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsinin başlanmasının birinci ildönümü münasibətilə “Qəhrəmanlıq salnaməsi” adlı videoçarx yayımlayıb.

AZƏRTAC xəbər verir ki, videoçarxda xalqımızın ümummilli lideri Heydər Əliyevin qurucusu olduğu və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində regionun ən qüdrətli ordusuna çevrilən Azərbaycan Silahlı Qüvvələrinin işğalçı Ermənistan ordusunu cəmi 44 gün ərzində darmadağın edərək doğma torpaqlarımızı azad etməsindən söhbət açılıb.

Videoçarxda qeyd olunub ki, hər bir dövlətin müstəqilliyinin, suverenliyinin əsas atributlarından biri də onun Silahlı Qüvvələridir. Azərbaycan Ordusunun 1918-ci ildən başlayaraq kəşməkəşli və şərəfli inkişaf yolu hərb tariximizin möhtəşəm salnaməsidir. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra onun müstəqil dövlət quruculuğu istiqamətində tarixi xidmətlərindən biri də müasir ordunun formalaşdırılması oldu.

Məlumat verilib ki, ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident, Ali Baş Komandan İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət nəticəsində ən müasir tələblər səviyyəsində formalaşdırılan Azərbaycan Silahlı Qüvvələri dünyanın 50 ən güclü ordusu sırasında yer alıb. Ordumuz gücünün cüzi bir hissəsini 2016-cı ilin Aprel döyüşlərində və 2018-ci ilin mayında Günnüt əməliyyatında düşmənin təxribatlarının qarşısını qətiyyətlə alaraq, ona ağır zərbə vurmaqla nümayiş etdirdi. Bu əməliyyatlarda işğalçı ölkənin ordusunu məğlubiyyətə uğradan Azərbaycan Ordusunun bölmələri bir sıra hərbi strateji yüksəklikləri və mövqeləri azad etdi.

Videoçarxda 2018-ci ildə Ermənistanda hakimiyyətə gəlmiş Nikol Paşinyanın populist bəyanatlarının və işğal olunmuş ərazilərimizə qanunsuz səfərlərinin, təxribatçı hərəkətlərinin danışıqlar prosesini dərindən sarsıtdığı vurğulanıb. Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri 2020-ci ilin iyulunda Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində əlverişli mövqeləri ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçmək cəhd göstərsə də, buna müvəffəq ola bilmədi. Bundan sonra avqustda təmas xəttinin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərdi. Lakin görülmüş tədbirlər nəticəsində diversiya qrupu itki verərək geri çəkilib və qrupun komandiri əsir götürüldü.

Qeyd olunub ki, təxribatlarının miqyasını və şiddətini daha da artıran Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-də səhər saatlarında cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində həm hərbi qulluqçularımızdan, həm də mülki əhalidən yaralanan və həlak olanlar oldu. Nəticədə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhəboyu sürətli əks-hücum əməliyyatına başlaması barədə qərar qəbul edildi. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə hərtərəfli müasir təminata və yüksək döyüş qabiliyyətinə malik rəşadətli Azərbaycan Ordusu döyüş meydanında əsl peşəkarlıq nümayiş etdirərək, torpaqlarımızın işğaldan azad olunması əməliyyatını uğurla həyata keçirdi. Çətin coğrafi relyefə malik olan ərazilərdə döyüş aparan ordumuz dünya hərb tarixində köhnə ənənələri alt-üst edərək, yeni taktiki hücumun əsasını qoydu. Ermənistan silahlı qüvvələrinin illərdir möhkəmləndirdiyi, “keçilməz” Ohanyan səddi kimi əfsanələşdirdikləri müdafiə xətləri, eyni zamanda, hava hücumundan müdafiə qurğuları qısa zamanda darmadağın edildi.

Videoçarxda Azərbaycan Ordusunun zabitinin “Ruh yüksəkliyi yüksək səviyyədədir, döyüş qabiliyyəti çox yüksəkdir. Rəşadətli Ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə işğal altındakı torpaqlarımızı azad etməkdə davam edir” sözləri Azərbaycanın əsgər və zabitlərinin döyüş ruhunun, peşəkarlığının və Qələbə əzminin ən yüksək səviyyədə olmasını bir daha nümayiş etdirdiyi xüsusi vurğulanıb. Qeyd edilib ki, döyüş meydanında Azərbaycan Ordusunun qarşısında aciz qalan erməni silahlı birləşmələri müharibə qaydalarına zidd olan addımlar ataraq dinc əhalinin yaşadığı şəhərlərimizi raket atəşinə tutdu. Nəticədə dinc sakinlər arasından ölən və yaralananlar oldu.

“Qəhrəmanlıq salnaməsi” adlı videoçarxda düşmənin bu mənfur addımlarına yalnız döyüş meydanında layiqli cavab verən ordumuzun surətlə irəliləyərək torpaqlarımızı işğaldan azad etdiyi real görüntülərlə diqqətə çatdırılıb. Qeyd edilib ki, Ermənistan ordusunun canlı qüvvəsi, mövqeləri, hərbi texnikaları məhv edilir və qoyub qaçdıqları hərbi texnikaları qənimət kimi götürülüb. Ermənistan ordusunun bir neçə ilə işğal etdiyi torpaqlarımız şanlı Ordumuzun qəhrəman övladları sayəsində cəmi 44 gündə azad olundu.

Xüsusi vurğulanıb ki, tarixə qızıl hərflərlə yazılan Vətən müharibəsinin hər günü bir qəhrəmanlıq salnaməsidir. Bu mübarizədə dövlət, xalq, ordu birliyi bizi Zəfərə daha da yaxınlaşdırdı. Dəmir yumruq kimi birləşən xalqımız hər addımda ordumuzla həmrəyliyini nümayiş etdirərək şanlı Qələbənin əldə olunmasına mühüm töhfə verdi.

Həmçinin Vətən müharibəsində Azərbaycana ən böyük siyasi və mənəvi dəstək verən ölkələr arasında ilk növbədə Türkiyə, Pakistan və İsrailin olduğu xüsusi qeyd edilib. Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarının təkcə sözdən ibarət olmadığını əməlləri ilə təsdiq edən qardaş Türkiyənin Vətən müharibəsinin ilk günündən sonuna qədər Azərbaycanın yanında olduğu diqqətə çatdırılıb.

“Qəhrəmanlıq salnaməsi” adlı videoçarxda Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük əks-hücum əməliyyatını Zəfərlə başa vurduğu, Şuşanın azad edilməsi əməliyyatının dünya hərb tarixində xüsusi yer tutduğu qeyd olunub. Qəhrəman hərbçilərimizin şəhər və qəsəbələrimiz işğaldan azad edilməsi barədə Müzəffər Ali Baş Komandana raport vermələrini, Azərbaycan Prezidenti İlham Əliyevin “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” sözlərini əks etdirən görüntülər həmin möhtəşəm və unudulmaz hissləri xalqımıza bir daha xatırladıb, yaşadıb.

Bundan başqa, Vətən müharibəsinin şanlı Qələbə ilə başa çatması ilə əlaqədar dekabrın 10-da Bakıda keçirilən Zəfər Paradında Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı, silahlanmaya yeni qəbul olunmuş hərbi texnikaların, ordumuzun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərində nümayişi ilə bağlı görüntülər də izləyicilərə təqdim olunub.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müəlliflə əlaqə

VİDEO

Müdafiə Nazirliyi 44 günlük Vətən müharibəsi ilə bağlı “Qəhrəmanlıq salnaməsi” adlı videoçarx yayımlayıb VİDEO

Hamburqda keçirilən görüşdə bu şəhərdə Azərbaycan Evinin açılmasının zəruriliyi vurğulanıb

Gürcüstanda sovet dövründə müsəlmanlardan alınan məscidlərdən 234-ü artıq öz sahiblərinə qaytarılıb

İtaliya A Seriyası: “Yuventus” ardıcıl ikinci səfər oyununda xal itirib

Azərbaycan qılıncoynadanı beynəlxalq turnirdə qızıl medal qazanıb

Türkiyə Ordusu İraqın şimalında terrorçuların hədəflərinə aviazərbələr endirib

Slovakiyada yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb

Qara dənizin dibi ilə çəkiləcək elektrik kabeli layihəsinə dair tədqiqatlar ilin sonunadək başa çatmalıdır – Gürcü nazir

“Sabah”ın kapitanı: Azərbaycan basketbolunu Avropada ən yaxşı səviyyədə təmsil etmək istəyirik

Şəhid Elvin Məmmədovun ildönümündə xatirəsi anılıb

“Sabah” basketbol klubunun baş məşqçisi: Qələbə uğrunda sona qədər mübarizə aparacağıq

Azərbaycanın tamblinq üzrə yığma komandası Parisdə keçirilən turnirdə qızıl medal qazanıb

1993-cü ilin 3 oktyabr tarixi qələbə və şərəf salnaməsinin başlanğıc günüdür

Beynəlxalq Atletlər Forumunun birinci gününə yekun vurulub

Futbol üzrə Azərbaycan çempionatının VIII turuna yekun vurulub

Gənc rəssam: Ən böyük arzum Şuşada əsərlərimdən ibarət sərgimin açılmasıdır

Türkiyə Superliqası: “Fənərbağça” qələbə seriyasını darmadağınla davam etdirib

Xabir Xabibullin: Azərbaycanda kəmər güləşi üzrə Avropa çempionatının yüksək səviyyədə keçiriləcəyinə inanıram

Yeni tarixi mərhələ: Naxçıvan reallıqları və çağırışlar

Azərbaycan, Türkiyə və Gürcüstan parlament sədrləri arasında üçtərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub

Elnur Məmmədov: Ölkə rəhbərliyi Azərbaycanda milli idman növlərinin inkişafına xüsusi diqqət yetirir

Prokurorluq orqanlarının yaradılmasının 105-ci ildönümü münasibətilə tədbir keçirilib

Bakıda kəmər güləşi üzrə III Avropa çempionatı ilə əlaqədar görüş keçirilib

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyədəki terror hücumunu kəskin pisləyib

Güclü yağış səbəbindən Beyləqan rayonunun Əhmədli və Aşağı Çəmənli kəndlərində bəzi evləri su basıb

Milli Məclisin sədr müavini Adil Əliyev: Böyük Qayıdış Proqramı uğurla icra edilir

ADY: Dəllər stansiyasında sərnişindaşıma bərpa olundu

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məlumatı VİDEO

Çində “Qızıl həftə”də 900 milyona yaxın səfər gözlənilir

Beynəlxalq Astronavtika Konqresi çərçivəsində STEAM müəllimləri üçün seminar keçirilib

Komitə sədri: Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi Azərbaycanın iqtisadi imkanlarını artıracaq

Murtuza Bülbül: Azərbaycan musiqisinin bütün dünyada səslənməsi mənim üçün qürurvericidir

Yüksək dağlıq ərazilərdə sulu qar və qar yağacaq

® “SAB” qanvermə aksiyası keçirib

Animatorların İnkişaf Proqramına qəbul başlayıb

II Azərbaycan Milli Şəhərsalma Forumu işini yekunlaşdırdı

® Azərbaycanın ən sürətli şəbəkəsi indi Xankəndi şəhərində fəaliyyətdədir

Xankəndi şəhəri ərazisində xeyli sayda tələ qurğular, silah-sursat aşkarlanıb

Dominik Tilmans: Kosmos bizə müxtəlif sahələrdə monitorinqlər aparmağa imkan verir

® “Nar” şəbəkəsi Xankəndi şəhərində

Xankəndidə tibbi işin təşkili ilə bağlı tədbirlər görülür VİDEO

Şirvanda şəhid Asif Qəribovun xatirəsi anılıb

Leyla Abdullayeva: Yalan çıxışlara son qoymağın vaxtıdır

Baş prokuror: Ermənistanın kütləvi məzarlıqlarla bağı verdiyi məlumatlar dəqiq olmur

İlqar İsbatov: Xocalıda mövcud vəziyyət öyrənildikdən sonra şəhərin planı hazırlanacaq

Azərbaycan dövləti İrpendə poliklinikanın təmirini öz üzərinə götürüb

”Smer” Slovakiyada keçirilən parlament seçkilərində qalib gəlib

2-ci Milli Şəhərsalma Forumu çərçivəsində TDT-yə üzv ölkələrin nazirlərinin dəyirmi masası təşkil edilib

Yeni işğaldan azad edilmiş ərazilərdə gələcəkdə prokurorluq binalarının inşası təmin ediləcək

“Baykar” Ukraynaya 100 milyon dollar həcmində sərmayə qoyur

Fuad Aslanov: Azərbaycan kosmos sahəsində qlobal miqyasda bir sıra mühüm təşəbbüslərlə çıxış edir

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sabahdan Bakıda arıçılıq məhsullarının 23-cü Respublika Sərgi-Satış Yarmarkası fəaliyyətə başlayır

Vətən müharibəsinin xronikası: 1 oktyabr

Türkiyə DİN-in Təhlükəsizlik Baş İdarəsinə terror hücumu olub, iki nəfər yaralanıb YENİLƏNİB VİDEO

Şəhid olan hərbi qulluqçumuz Qusarda dəfn edilib

® Ağdərə və Xocalıdan sonra Xankəndi şəhəri də “Azercell” şəbəkəsi ilə əhatə olunub

Müasir şəhərlərdə miqrasiyanın idarə olunması əsas məsələlərdən biridir

Kamran Əliyev: Lokal antiterror tədbirlərindən sonra Azərbaycana qarşı cinayət törədən ermənilərin həbsi daha da sürətlənib VİDEO

Orqanizmin vərdiş etdiyi qida rasionundan qəfil imtina bir çox ciddi xəstəliklərə səbəb ola bilər

Ahmet Yozgatlıgil: Biz gələcək nəsillərə daha sabit bir dünya qoyub getməyə borcluyuq

Yardımlıda avtomobildən külli miqdarda narkotik vasitə aşkarlanıb

TÜRKSOY-un Baş katibi: TDT-nin üzvləri kosmos sahəsində birgə əməkdaşlığa böyük əhəmiyyət verir

IAF-ın sabiq prezidenti: Biz yeni kosmos erasına daxil oluruq

Oktyabrın 1-i Beynəlxalq Vegetarian Günüdür

IAF-ın prezidenti: Kosmos insanlar, xüsusilə gənclərimiz üçün maraq doğuran sahədir

Xüsusi müşavir: Kosmos bir çox mühüm məsələlərin həllində açar rolunu oynayır

Tahir Mirkişili: Ulu Öndərin 100 illiyində ölkəmizin Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etməsi əlamətdar hadisədir

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətləri ilə təmin edilmək üçün ölkəmizə gətirilib

IAF-ın Nazirlər və parlament üzvləri üçün 13-cü toplantısı Bakıda öz işinə başlayıb VİDEO

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məlumatı

Bakıda soyuducu təmir sexində yanğın olub

Bu gün Beynəlxalq Ahıllar Günüdür

Dünyanın müxtəlif ölkələrindən Türkiyə məzunları Bakıda görüşüblər

Azərbaycan antiterror tədbirləri ilə ikinci dəfə hərb tarixinə öz adını yazdırdı- AÇIQLAMA

Bu gün DİM xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə növbəti imtahan keçirir

Bu gündən taksi minik avtomobillərinin sürücülərinə dair yeni tələblər qüvvəyə minir

Ankara Dövlət Polifonik Xor kollektivi Cümhuriyyətin 100 illiyinə xüsusi əsərlər ifa edəcək

Türkiyədə bələdiyyə seçkiləri gələn ilin martında keçiriləcək

Bu gün Türkiyə Böyük Millət Məclisinin payız sessiyası işə başlayacaq

Yunanıstan ilə Türkiyə arasında körpünün tikintisinə 2024-cü ildə başlanacaq

Cari ilin sonunadək Kahramanmaraşda 9 mindən çox evin zəlzələdən zərərçəkənlərə verilməsi gözlənilir

Oktyabrın 1-dən taksiylə sərnişin daşımalarına dair yeni tələblər qüvvəyə minib

Slovakiyada keçirilən növbədənkənar parlament seçkilərində liberal Proqressiv Slovakiya partiyası liderdir

Ukraynanın üç bölgəsində hava hücumu xəbərdarlığı elan edilib

Dağıstanın Xutrax kəndində güclü yanğın nəticəsində səkkiz ev yararsız hala düşüb

Amasiyada sərnişin avtobusu aşdı: 6 nəfər ölüb, 35 nəfər yaralanıb

Zaqatalada partlayıcı maddənin partlaması nəticəsində Vətən müharibəsi iştirakçısı həlak olub

İsmayıllıda 65 yaşlı kişinin öldürülməsi ilə bağlı cinayət işi açılıb

Ağsuda 3 otaqlı ev yanıb

"Tottenhem" "Liverpul"a qalib gəlib, Mançester təmsilçiləri uduzublar

Əsl hünər qurmaq, tikmək, yaratmaqdır – Deputat

Türkiyə Superliqası: "Qalatasaray" doğma meydanda çətin qələbə qazanıb

Bakıda Azərbaycan-İsrail Erkən Təhsil və Valideynlik Forumu keçirilib

Xankəndiyə 7 təcili tibbi yardım avtomobili göndərilir VİDEO

İtaliyada 177 nəfərin olduğu gəmi-bərəsində yanğın baş verib

Azərbaycan Premyer Liqası: "Səbail" - "Sabah" oyununda qalib müəyyənləşib

İsmayıllıda adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursat – SİYAHI

“Göyçay ensiklopediyası” adlı kitabın təqdimatı olub

Azərbaycanın hərbi qulluqçusunun şəhid olması faktı ilə bağlı cinayət işi başlanılıb