SİYASƏT


Müdafiə Nazirliyi: Armen Qriqoryanın səsləndirdiyi sərsəm fikirlər gülünc doğurur

Bakı, 23 may, AZƏRTAC 

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın səsləndirdiyi sərsəm fikirlər gülünc doğurur və onun hərb işində diletant olduğunu göstərir.

AZƏRTAC xəbər verir ki, bu fikir Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın səsləndirdiyi fikirlərə münasibət bildirən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.

Nazirliyin məlumatında bildirilib ki, nəinki Azərbaycanın işğal olunmuş əraziləri, hətta Ermənistanın bütün ərazisi tamamilə Azərbaycan Ordusunun bölmələrinin nəzarəti və müşahidəsi altındadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.