SİYASƏT


Azərbaycan Ordusunun arsenalında kifayət qədər zirehli texnika var və onlar əməliyyat şəraitinə uyğun tətbiq olunur

Bakı, 23 oktyabr, AZƏRTAC

Ermənistan müdafiə nazirliyi rəsmisinin Azərbaycan Ordusunun döyüşlərdə guya xeyli sayda zirehli və avtomobil texnikası itirməsi ilə bağlı səsləndirdiyi fikirlər onun əməliyyat şəraitindən tam xəbərsiz olmasının göstəricisidir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yayılan məlumatın reallıqla heç bir əlaqəsi yoxdur və qorxu içində olan erməni cəmiyyətini sakitləşdirmək məqsədilə hazırlanmış dezinformasiyadır. Hansı tərəfin nə qədər döyüş texnikasının məhv edildiyini və nə qədər qaldığını təyin etmək üçün Azərbaycan Müdafiə Nazirliyinin təqdim etdiyi videoları izləmək kifayətdir.

Ordumuzun arsenalında düşmənə zərbə endirməyə yetərincə zirehli texnika var və onlar relyefə, əməliyyat şəraitinə, müxtəlif taktiki üsul və metodlara uyğun komandanlığın qərarına əsasən tətbiq edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.