SİYASƏT


Müdafiə Nazirliyi: Azərbaycan əsgəri mülki əhali ilə deyil, əli silahlı işğalçı ilə müharibə aparır

Müdafiə Nazirliyi: Azərbaycan əsgəri mülki əhali ilə deyil, əli silahlı işğalçı ilə müharibə aparır

Bakı, 11 oktyabr, AZƏRTAC

Ermənistan tərəfinin Azərbaycan hərbçilərinin Hadrutda dinc sakinləri – qadın və onun əlil oğlunu guya qətlə yetirmələri barədə yaydığı xəbər əsassızdır, heç bir fakta söykənmir və beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədini güdür.

Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, birincisi, Ermənistan tərəfi hələ də Hadrutun itirilməsi və onun Azərbaycan nəzarətinə keçməsi fikri ilə heç cür barışa bilmir. Gün ərzində Hadrut ilə əlaqədar ziddiyyətli məlumatlar yaymaqla isə Ermənistan tərəfi öz əhalisini bu mövzu ilə bağlı çaşqınlıq içində saxlayır.

İkincisi, nədənsə həmişə “dəqiqliyə” və “incə məqamlara” fikir verən Ermənistan bu dəfə “qətlə yetirilən” şəxslərin ad və soyadlarını geniş ictimaiyyətə açıqlamır. Tam əminliklə bildirmək olar ki, ad və soyadlar ya qəsdən unudulur, ya da ümumiyyətlə bu cür şəxslər və hadisə olmadığı üçün onu uydurmaq lazım gəlir.

Üçüncüsü, erməni xalqından daim “iztirab çəkən” obrazı formalaşdırmağa çalışan Ermənistan, bu dəfə də “incidilmişlər” rolunu yenə də qadın və onun əlil oğluna həvalə edir.

Bir daha bildiririk ki, Azərbaycan əsgəri mülki əhali ilə deyil, əli silahlı işğalçı ilə müharibə aparır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.