ORDU
Müdafiə Nazirliyi: Ermənistan ordusu atəşkəs rejimini 20 dəfə pozub VİDEO
Bakı, 22 oktyabr, AZƏRTAC
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistanın Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı kəndində, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Ağdam rayonunun işğal altında olan Acarlı, Yusifcanlı, Füzuli rayonunun Qərvənd, Aşağı Seyidəhmədli, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə məruz qalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:54]
Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasimi keçirilib
- 19.04.2024 [11:28]
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO
- 18.04.2024 [12:27]
Hərbi pilotlar təlim-məşq uçuşlarını yüksək peşəkarlıqla icra ediblər VİDEO
- 16.04.2024 [10:20]
ƏÜO istismarda olan avtomobil texnikalarına texniki baxış keçirilib
- 14.04.2024 [20:44]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 14.04.2024 [17:19]