SİYASƏT


Müdafiə Nazirliyi: Hərbi hissəni özbaşına tərk edərək avtoxuliqanlıq edən əsgər barəsində cinayət işi başlanıb

Bakı, 24 may, AZƏRTAC

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi hərbi qulluqçu olduğu qeyd edilən şəxsin törətdiyi avtoxuliqanlıq hərəkətlərini videoya çəkərək sosial şəbəkələrdəki özünə məxsus hesablarında paylaşmasına münasibət bildirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, N saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olan əsgər Məlikov Əziz Soltanpaşa oğlu xidmət müddəti ərzində intizamsızlıq göstərərək hərbi hissəni özbaşına tərk edib və digər qanunsuz hərəkətlərə yol verib.

Bununla bağlı Ə.Məlikov barəsində lazımi sənədlər toplanaraq, araşdırılması üçün cari ilin martında xidmət etdiyi qarnizon Hərbi Prokurorluğuna göndərilib.

Aprelin 11-də onun barəsində cinayət işi qaldırılıb və barəsində Azərbaycan Respublikasının qanunları çərçivəsində zəruri tədbirlərin görülməsi üçün Respublika Hərbi Prokurorluğuna təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.