SİYASƏT


Müdafiə Nazirliyi: Qanunsuz erməni silahlıları tərəfindən növbəti təxribata cəhd göstərilib

Bakı, 15 oktyabr, AZƏRTAC

Oktyabrın 15-də səhər saatlarında qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən mülki tibbi yardım maşınından istifadə etməklə Ağdərə istiqamətində bölmələrimizə qarşı növbəti terror-təxribat cəhdi qeydə alınıb.

Müdafiə Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hərbi qulluqçularımızın sayıqlığı və görülən tədbirlər nəticəsində bu cəhdin qarşısı alınıb və maşında hərəkət edən silahlılar geriyə dönməyə məcbur edilib.

Müdafiə Nazirliyi bildirir ki, mülki tibbi yardım maşınından hərbi məqsədlər üçün istifadə edilməsi qətiyyən yolverilməzdir, terrorçulara xas olan metoddur və beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulmasıdır.

Nazirlik bir daha xəbərdarlıq edir ki, istənilən terror-təxribat xarakterli fəaliyyətlərin qarşısı Silahlı Qüvvələrimiz tərəfindən dərhal və qətiyyətlə alınacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.