SİYASƏT


Müdafiə Nazirliyi Xəzər dənizinin Azərbaycan sektorunda aşkarlanmış obyektlər barədə məlumat yayıb

Bakı, 4 may, AZƏRTAC

“Umıd babek operatıng company” əməliyyat şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən Xəzər dənizinin Azərbaycan sektorunda aparılan ərazi kəşfiyyatı zamanı suyun 60 metrədək dərinliyində naməlum obyektlər aşkar edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dənizin keçmiş SSRİ dövründə tral gəmilər birləşmələrinin poliqonu kimi istifadə edilən akvatoriyasına cəlb olunan Hərbi Dəniz Qüvvələrinin aidiyyəti üzrə gəmiləri və ixtisaslaşdırılmış mütəxəssisləri tərəfindən keçirilən baxış zamanı aşkarlanmış obyektlərin keçmiş SSRİ dövründə minalanma standartlarına tam əməl edilmədən suya atılmış altı ədəd böyük gəmi minası (КБ-1) olması müəyyən edilib.

Aşkarlanmış minaların bu il mayın 9-dan etibarən hava şəraitindən asılı olaraq təhlükəsizlik tədbirlərinə əməl edilməklə digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə zərərsizləşdirilməsi və axtarış tədbirlərinin davam etdirilməsi planlaşdırılıb.

Minaların aşkarlandığı ərazi təhlükəsizlik məqsədilə gəmi sürücülüyü üçün müvəqqəti bağlanılıb. Xəzər dənizinin Azərbaycan sektorunda mülki təyinatlı işlər adi qaydada davam etdirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.