SİYASƏT


Müdafiə Nazirliyində ilin doqquz ayının yekunları müzakirə olunub

Bakı, 10 oktyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sədrliyi ilə 2014-cü ilin doqquz ayının sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Silahlı Qüvvələr qarşısında qoyulan tapşırıqların həlli məqsədilə oktyabrın 10-da Müdafiə Nazirliyində hesabat dövrünün nəticələri ilə bağlı toplantı keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, toplantıda müdafiə nazirinin müavinləri, Silahlı Qüvvələrin növləri və qoşun qisimlərinin komandanları, nazirliyin baş idarə və idarə rəisləri, birlik komandirləri iştirak ediblər.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə keçirilən müşavirədə məruzələr dinlənildikdən sonra Silahlı Qüvvələrin növlərinin çöl, uçuş və dəniz təlim bacarıqları, döyüş və əməliyyat hazırlığı, müdafiənin gücləndirilməsi, qoşun və qüvvələrin hərtərəfli təminatı, qoşunların və silahların idarəetmə sistemi, kadrların hazırlığı və şəxsi heyətin sosial müdafiəsi, nizam-intizamın daha da yüksəldilməsi məsələləri geniş təhlil edilib, istiqamətlər üzrə vəzifələr müzakirə olunub.

Silahlı Qüvvələrdə görülən işlər və onların təhlili barədə geniş məruzə ilə çıxış edən müdafiə naziri Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, qarşıda duran məsələlərin yerinə yetirilməsi üzrə müvafiq göstərişlər verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.