SİYASƏT


Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında elmi-praktik konfrans keçirilib

Bakı, 23 iyun, AZƏRTAC

Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaranmasının 104 illiyinə həsr olunmuş “Sistem vaskulitlər hərbi həkimlərin gözü ilə” adlı terepevtik profilli elmi-praktik konfrans keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, konfransda Müdafiə Nazirliyinin və Azərbaycan Tibb Universitetinin tibb personalı, professorlar, rezidentlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ulu Öndərin, torpaqlarımızın suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla anılıb, Dövlət Himni səsləndirilib.

Elmi-praktik konfransın proqramına uyğun olaraq, müxtəlif mövzularda həkim-mütəxəssislərin məruzələri dinlənilib.

Qeyd olunub ki, konfransda əsas diqqət hərbi həkimlərin tibbi biliklərinin təkmilləşdirilməsinə və səhiyyə sahəsində elmi-tibbi yeniliklərin tətbiqinin genişləndirilməsinə yönəldilib.

Sonda konfrans iştirakçılarının sualları cavablandırılıb, məruzələrə dair ətraflı fikir mübadiləsi aparılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.