SİYASƏT


Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsində ilin ikinci rübünün yekunlarına dair toplantı keçirilib

Bakı, 11 iyul, AZƏRTAC 

Müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına əsasən, Maddi-Texniki Təminat Baş İdarəsində 2019-cu ilin ikinci rübünün yekunlarına dair toplantı keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, toplantıda Maddi-Texniki Təminat Baş İdarəsinin tabeliyində olan arsenal, baza, anbar və hərbi hissələrdə şəxsi heyətin döyüş hazırlığı və mənəvi-psixoloji vəziyyəti, qoşun xidməti və hərbi intizamın təhlili aparılıb. Müvafiq xidmətlərə cavabdeh şəxslər görülən işlərlə bağlı ətraflı məruzələrlə çıxış ediblər.

Yekunda Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini general-leytenant Fuad Məmmədov çıxış edərək cari ilin növbəti rübündə hərbi hissələrin silah-sursat, ərzaq, əşya və əmlak təchizatı, eləcə də şəxsi heyətin sosial-məişət şəraitlərinin daha da yaxşılaşdırılması ilə bağlı Müdafiə nazirinin tapşırıqlarını vəzifəli şəxslərə çatdırıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.