SİYASƏT


Müdafiə Nazirliyinin “N” hərbi hissənin yaranma günü qeyd olunub

Bakı, 23 iyul, AZƏRTAC

Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən “N” hərbi hissənin yaranma günü münasibətilə təntənəli bayram tədbiri keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə hərbi hissənin şəxsi heyəti, Həzi Aslanov adına Ordu-İdeoloji və Mədəniyyət Mərkəzinin, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Ümummilli lider Heydər Əliyevin, Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Tədbir açıq elan edildikdən sonra hərbi hissənin yaranması və döyüş yolu barədə iştirakçılara məlumat verilib. Qeyd edilib ki, hərbi hissə yarandığı gündən torpaqlarımızın ərazi bütövlüyü uğrunda daim rəşadətlə vuruşub, şanlı səhifələr yazıb. Onlarla döyüşçü müxtəlif orden və medallarla təltif olunub.

Mərasimdə çıxış edənlər hərbi hissənin qazandığı uğurları yüksək qiymətləndirərək şəxsi heyəti təbrik edib və Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun gündən-günə gücləndiyini, döyüş qabiliyyətini artırdığını vurğulayıblar. Onlar ordumuzun ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə qadir olduğuna əminliklərini ifadə ediblər.

Hərbi hissə komandirinin bayram əmri ilə bir qrup fərqlənən hərbi qulluqçu fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunub.

Bayram tədbiri Həzi Aslanov adına Ordu-İdeoloji və Mədəniyyət Mərkəzinin və Bakı şəhər Baş Mədəniyyət İdarəsinin yaradıcı kollektivinin təqdim etdiyi maraqlı konsert proqramı ilə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.