SİYASƏT


Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu Qazaxıstanda olub

Bakı, 15 mart, AZƏRTAC

Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında 2023-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq proqramına uyğun olaraq Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu bu ölkəyə səfər edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, səfərin proqramına uyğun olaraq nümayəndə heyətinə qoşun xidməti və hərbi polis orqanlarının fəaliyyətinin təşkili, təhlükəsizlik və digər mövzularda brifinq təqdim olunub.

Görüşdə mövcud əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.