ORDU
Müdafiə Nazirliyinin daha bir hərbi hissəsinin açılışı olub
Bakı, 24 iyun, AZƏRTAC
Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini general-leytenant Fuad Məmmədov “N” saylı hərbi hissənin yeni inşa edilmiş infrastrukturunun açılışında iştirak edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir müavini hərbi hissədə yeni inşa edilmiş yeməkxana, qarovul şəhərciyi və qarovul evi, eləcə də digər xidməti və inzibati obyektlərə baxış keçirib.
Şəxsi heyətin qidalanması üçün nəzərdə tutulan yeni tikilmiş yeməkxana binası müasir standartlara cavab verən qazanlar, sobalar, soyuducular və digər məişət texnikası, müvafiq mebel və inventarla təchiz olunub. Yeməkxanada soyuducu kamera otaqlarından ibarət ərzaq anbarı var.
Məlumat verilib ki, hərbi hissədə şəxsi heyətin peşəkar hazırlığı və döyüş vərdişlərinin artırılması üçün bütün şərait yaradılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [13:10]
Hərbi Dəniz Qüvvələri və FHN-in “Dalğa-2024” birgə taktiki təlimi keçirilir
- 23.04.2024 [13:21]
Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib VİDEO
- 23.04.2024 [12:19]
“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümüdür
- 21.04.2024 [15:45]
Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib
- 21.04.2024 [13:09]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 20.04.2024 [15:24]