SİYASƏT


Müdafiə Nazirliyinin nümayəndə heyəti beynəlxalq ordu oyunları konfransında iştirak edir

Bakı, 11 aprel, AZƏRTAC 

Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin idarə rəisi, general-mayor Ənvər Əfəndiyevin rəhbərliyi ilə nümayəndə heyəti Moskvada keçirilən “Beynəlxalq ordu oyunları - 2019” yarışlarının ikinci konfransında iştirak edir.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə nümayəndə heyətləri yarışların şərtlərini və qaydalarını müzakirə edir, müsabiqənin təşkil olunacağı ərazilərə baxış keçirirlər.

Hərbçilərin beynəlxalq yarışlarında Azərbaycan Ordusunun nümayəndələrinin “Dəniz kuboku”, “Tank biatlonu”, “Artilleriya atəşi ustaları”, “Snayper həddi”, “Hərbi-tibbi estafet” və “Səhra mətbəxi” müsabiqələrində iştirakı planlaşdırılır.

“Beynəlxalq ordu oyunları - 2019” yarışlarının avqustun 3-dən 17-dək keçirilməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.