SİYASƏT


Müdafiə Nazirliyinin rəhbərliyi Hərbi Dəniz Qüvvələrinin komanda-qərargah təliminin gedişatı ilə tanış olub VİDEO

Bakı, 11 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Hərbi Dəniz Qüvvələrinin (HDQ) komanda-qərargah təliminin gedişatı ilə tanış olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin hərbi hissənin ərazisində ucaldılmış abidəsi önünə gül dəstələri qoyulub və xatirəsinə dərin ehtiram ifadə edilib.

Sonra HDQ-nin komandanı kontr-admiral Sübhan Bəkirov təlim barədə brifinq təqdim edib. Məruzə olunub ki, komanda-qərargah təlimində Xəzər dənizinin Azərbaycana məxsus sektorunda enerji infrastrukturlarının mühafizə və müdafiəsi üzrə xəritə üzərində tapşırıqlar icra ediləcək.

Qeyd olunub ki, təlimin əsas məqsədi komandirlərin və qərargah zabitlərinin döyüşün təşkili və aparılması zamanı yaranmış müxtəlif şəraitdə çevik qərar qəbul etmə və mövcud qüvvələrin səmərəli tətbiqi üzrə praktiki vərdişlərinin təkmilləşdirilməsi, o cümlədən şəxsi heyətin bilik və bacarığının artırılmasıdır. Təlimə cəlb olunan heyət döyüş fəaliyyətləri zamanı bölmələrin fasiləsiz və qətiyyətlə idarə edilməsi üzrə tapşırıqları icra edirlər.

HDQ-nin təlimə cəlb olunan heyətinin məruzələrini dinlədikdən sonra müdafiə naziri təlimin gedişatı ilə bağlı müvafiq tapşırıqlar verib.

Komanda-qərargah təlimi oktyabrın 13-dək davam edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.