SİYASƏT


Müdafiə Nazirliyinin rəhbərliyi İkinci Şəhidlər xiyabanını ziyarət edib

Bakı, 12 iyul, AZƏRTAC

İyulun 12-də müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və nazirliyin digər rəhbər heyəti Tovuz döyüşlərinin ildönümü münasibətilə İkinci Şəhidlər xiyabanını ziyarət ediblər.

Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin edilməsi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb və ruhlarına dualar oxunub.

Sonra 2020-ci ilin iyul ayında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin təxribatlarının qarşısını alarkən canlarını fəda etmiş şəhidlərin, eləcə də xiyabanda dəfn olunan digər şəhidlərimizin məzarları ziyarət edilib, üzərilərinə gül dəstələri düzülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.