SİYASƏT


Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə gənc əsgərlər hərbi andı qəbul ediblər

Bakı, 10 may, AZƏRTAC 

Mayın 10-da Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və birləşmələrdə gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hərbi hissələrdə təşkil edilmiş mərasimlərdə rituala uyğun olaraq döyüş bayrağı sıra meydanına gətirilərək dövlət himni ifa edilib və tədbir açıq elan olunub. Sonra gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul ediblər.

Andiçmə mərasimlərində hərbi hissələrin komandanlığı, şəhid ailələrinin üzvləri, yerli icra orqanları və ictimaiyyət nümayəndələri, veteranlar, əsgər valideynləri iştirak ediblər.

Rəsmi mərasim başa çatdıqdan sonra konsert proqramı təşkil olunub və valideynlərə hərbi hissələrdə yaradılmış şərait nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.