Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə İsmayıllı rayonunda “Müzəffər Komandan, Müzəffər Ordu” adlı tədbir keçirilib VİDEO

Bakı, 22 iyun, AZƏRTAC

Xalqımız Azərbaycan Ordusunun yaradılmasının 103-cü ildönümünü təcavüzkar Ermənistan üzərində qazanılan möhtəşəm Zəfərin yaratdığı böyük ruh yüksəkliyi və Qələbə əhval-ruhiyyəsi ilə qarşılayır. Bu münasibətlə respublikamızın bütün bölgələrində silsilə tədbirlər təşkil olunur. Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin, təhlükəsizliyinin təminatçısı olan Ordumuzun keçdiyi çətin və şərəfli döyüş yoluna nəzər salınır, şəhid Vətən övladlarının xatirəsi ehtiramla yad edilir, Şəhidlər xiyabanları, əsgər məzarları, eləcə də şəhid ailələri ziyarət olunur, sərhədlərimizin keşiyində bu gün də mərdliklə dayanan Ordumuzun şəxsi heyəti ilə mütəmadi görüşlər keçirilir, Ordu ilə xalqın sağlam mənəvi birliyinin bundan sonra daha da mökəmləndiriləcəyinə əminlik ifadə olunur.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin təşkilatçılığı ilə İsmayıllı şəhərindəki Heydər Əliyev parkında reallaşan “Müzəffər Komandan, Müzəffər Ordu” adlı tədbirdə nazirliyin və rayon icra hakimiyyətinin rəsmiləri, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, qazilər, bir neçə gündən sonra müddətli həqiqi hərbi xidmətə yollanacaq gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Birinci və İkinci Qarabağ müharibələrinin şəhidləri bir dəqiqəlik sükutla yad edildikdən sonra layihənin müəllifi, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani nazirliyin rəhbərliyi adından tədbir iştirakçılarını salamlayıb, onları qarşıdan gələn 26 iyun - Azərbaycan Ordusunun yaradılmasının ildönümü münasibətilə təbrik edib, Ordumuzun tarixi barədə ətraflı məlumat verib, 44 günlük Vətən müharibəsinin qəhrəmanlıq tarixi olduğunu vurğulayıb.

Qeyd edilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ötən il Azərbaycan xalqı və Silahlı Qüvvələri Ermənistanın təxribatlarına cavab olaraq respublikamızın ərazi bütövlüyünün bərpası, tarixi torpaqlarımızın işğaldan azad olunması uğrunda müqəddəs savaşa qalxaraq 44 gün ərzində düşmənin dərsini layiqincə verdi, ona dəmir yumruğunun gücünü göstərdi. Bu, Azərbaycanın işğal olunmuş tarixi torpaqlarının son iki yüz il ərzində ilk dəfə güc yolu ilə azad edilməsinin bariz nümunəsidir.

Ən böyük qələbələrimizdən biri isə azad etdiyimiz Qarabağın incisi sayılan Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın hər iki ölkə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsini imzalaması və dünyaya elan edilməsidir. Müzəffər Ali Baş Komandanımızın və Müzəffər Azərbaycan Ordusunun sayəsində bu il 26 iyun gününü alnıaçıq, başıuca, qalib ölkənin vətəndaşı, qalib Ordunun əsgəri kimi qarşılayırıq.

Birinci Qarabağ müharibəsinin veteranı, hazırda İsmayıllı rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəsi, ehtiyatda olan polkovnik-leytenant Əlişir Süleymanov deyib: “Mən Axıska türklərindənəm. Bir əsrdə taleyimizə dəfələrlə sürgünlük, min cür əzab - əziyyətlərə qatlaşmaq düşüb. Lakin biz sınmamışıq, heç kimin qarşısında əyilməmişik, gələcəyə ümidimizi üzməmişik. Ötən əsrin sonlarında Orta Asiyadan məcburi çıxarılanda Azərbaycana üz tutduq. Burada da çətinliklər yaşanmasına baxmayaraq Azərbaycan bizə qucaq açdı, öz doğma övladı kimi qarşıladı. Biz də bu torpağa ana dedik, uğrunda canımızdan, qanımızdan keçməyə hazır olduğumuzu bildirdik. Nankor erməni quldurlarına qarşı müqəddəs savaşlarda azərbaycanlı qardaşlarımızla bir səngərdə vuruşaraq onlarla şəhid verdik. Nəticəsi isə göz qabağındadır. Müzəffər Ali Baş Komandanımızın dediyi kimi təsəllimiz odur ki, torpaqlarımız azad olundu, ərazi bütövlüyümüz bərpa edildi. Eyni zamanda, təsəlli odur ki, şəhidlərimizin intiqamını biz döyüş meydanında aldıq. Şəhidlərimizin qanı yerdə qalmadı. Mən fəxr edirəm ki, Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Müzəffər Ordunun döyüşçüsüyəm!”.

Ehtiyatda olan zabit Ə.Süleymanov əlavə edib ki, bu gün İsmayıllı rayonunda da hər kəs Vətənə məhəbbət, dövlətə, dövlətçiliyə, Müzəffər Ali Baş Komandanımıza sədaqət hissi ilə yaşayır. Sıravi vətəndaşdan dövlət məmurunadək hamı bir amal uğrunda birləşib. İsmayıllı sakinləri Vətən müharibəsi günlərində olduğu kimi, azad edilən şəhər və rayonlarımızda tikinti-quruculuq işlərində də fəal iştirak etməyə hazırdır.

Tədbirdə Birinci Qarabağ müharibəsində göstərdiyi igidlik və şücaətə görə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuş, ehtiyatda olan baş leytenant Taleh Nəcəfovun keçdiyi döyüş yolu barədə ətraflı məlumat verilib. Məktəb direktoru vəzifəsindən könüllü imtina edərək Laçın uğrunda döyüşlərə yollanan, düşmənə canlı qüvvə və hərbi texnika sarıdan xeyli itkilər verən Taleh müəllimin oğlu miçman Fuad Nəcəfovun da Vətən müharibəsində atasının yolunu uğurla davam etdirdiyi, Cəbrayıl rayonunun yaşayış məntəqələrinin azad edilməsi uğrunda şəhidlik zirvəsinə ucaldığı, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Qarabağ” ordeninə layiq görüldüyü barədə danışılıb. Tədbir iştirakçıları qəhrəman atanı alqışlarla qarşılayıb, qəhrəman oğulu ehtiramla yad ediblər.

Vətən müharibəsinin ilk günündən qələmini süngüyə çevirən vətənpərvər şair, “İsmayıllı xəbərləri” qəzetinin baş redaktoru Şahməmməd Dağlaroğlunun müəllifi olduğu “Azərbaycan əsgəri”, “Mənə də silah verin”, “Qələbə müjdəli şəhidlərimiz”, “İşimiz haqq işidir”, “Səbrimizin sonu yetdi”, “Zəfər meydanı” və digər şeirlər tədbir iştirakçılarına xoş duyğular yaşadıb. Müəllif Azərbaycan əsgərini böyük həvəslə tərənnüm edib:

O qədər qürurluyam, başım çatır göylərə,

Önündə baş əyirəm, alnım dəyincə yerə!

Ana südü halaldır sən tək oğula, ərə,

Əsir düşmüş torpağı yağıdan aldın geri,

Əyil, alnından öpüm, Azərbaycan əsgəri!

Şəhid kəşfiyyatçı Ruslan Tağıyevin atası Fuad Tağıyev nəzərə çatdırıb ki, bu yaxınlarda oğlunun ad günü Bakıda Müdafiə Nazirliyi tərəfindən yüksək səviyyədə qeyd olunub. Nazirliyin əməkdaşları, döyüşçü yoldaşları, ailə üzvləri şəhidin məzarını ziyarət edərək üzərinə əklil qoyub, xatirəsini yad ediblər. Onun qısa, lakin şərəfli həyat və xidmət yolu bir daha xatırlanıb. Qeyd olunub ki, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin yetirməsi olan polkovnik-leytenant R.Tağıyev nazirlikdə baş zabit vəzifəsində xidmət edib. O, döyüş bölgəsinə ezam edilərək kəşfiyyat rəisi kimi qarşıya qoyulmuş xüsusi tapşırıqların uğurla yerinə yetirilməsinə səy göstərib, 2020-ci il noyabrın 4-də Laçın rayonu istiqamətində xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid olub və dövlətimizin başçısının sərəncamları ilə “Vətən uğrunda”, “İgidliyə görə”, “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub. Bu günlərdə İsmayıllı şəhərində qəhrəman zabitin şərəfinə inşa edilmiş xatirə bulağının açılışı olacaq.

Ehtiyatda olan zabit Məmiş Səlimzadə 1994-cü il yanvarın 24-də ulu öndər Heydər Əliyevin xeyir-duası ilə Murovdağ uğrunda döyüşlərə yola düşüb. Göstərilən etimadı Vətənə sədaqətli xidməti ilə doğruldub. Oğlu Kənan da atasının yolunu seçib. Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsini hərbi feldşer ixtisası üzrə bitirdikdən sonra gizir rütbəsində tibb məntəqəsinin feldşeri kimi əsgərlərin sağlamlığı keşiyində durub. Müharibənin ilk günündə artilleriya atəşləri altında yaralılara ilk tibbi yardım göstərərək onları təxliyə edərkən şəhid olub.

Şəhid atası deyib: “Mən Ulu Öndərimizin xeyir-duası ilə döyüşlərə yollandım. Təəssüf edirəm ki, torpaqlarımızı işğaldan azad etmək bizə qismət olmadı. Ancaq fəxr edirəm ki, Azərbaycan Ordusunun zəfər yürüşünün ilk günündə şəhid olan oğlum Nihadın da intiqamı döyüş meydanında alındı və xalqımızın alın ləkəsinin silinməsində mənim də oğlumun payı var”.

Birinci Qarabağ müharibəsində düşmənin ondan çox tank və digər zirehli texnikasını məhv edən, xalqımızın ümummilli lideri Heydər Əliyevin Sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeninə layiq görülən artilleriya divizionunun komandiri ehtiyatda olan polkovnik-leytenant Eynulla Bağırov, İsmayıllı rayon İcra Hakimiyyətinin şöbə müdiri, Vətən müharibəsi qazisi Vüqar Novruzov, Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov rayonda müharibə iştirakçılarına, şəhid ailələrinə göstərilən diqqət və qayğıdan, gənclərin vətənpərvərlik tərbiyəsi istiqamətində görülən işlərdən geniş söhbət açıblar.

Sübhi Mürsəliyev, Famil Əhmədzadə, Saməddin Qəfərov, Famil Musayev, Novruz Həmzəyev, Ramil Musayev və başqa Vətən müharibəsi şəhidlərinin ailə üzvləri xatirələrini söyləyib, göstərilən diqqətə görə minnətdarlıq ediblər.

Vətən müharibəsi qaziləri Dilqəm Həmidli, Kamil Salmanov, Elvin Rəsulov dünən olduğu kimi, bu gün də Müzəffər Ali Baş Komandanın əmrlərinə hər an hazır olduqlarını bəyan ediblər.

Bir neçə gündən sonra müddətli həqiqi hərbi xidmətə yollanacaq ali məktəb məzunları Şaiq Cəfərov, Şöhrət Qasımov, Ceyhun İsayev və Röyal Şıxaliyev and içiblər ki, qəhrəmanların yolunu şərəflə, vicdanla davam etdirəcək, şəhidlərin yarımçıq ömürlərini də öz ömürlərinə qataraq Vətən torpaqlarının keşiyində ayıq-sayıq, mətin duracaq, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Müzəffər Orduda xidmətdən böyük şərəf duyacaqlar.

Şəhid valideynləri çağırışçı gənclərə xeyir-dua verib, onların sağ-salamat geri qayıtmasını arzulayıblar.

Tədbir iştirakçılarına Abdulla Qurbaninin “Vətən müharibəsi şəhidləri” silsiləsindən Azərbaycan Ordusunun şəhid zabit və gizirlərinə həsr olunmuş birinci kitabının nüsxələri hədiyyə edilib.

Sonda İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov Vətənə layiqli oğullar yetirdiklərinə görə şəhid ailələrinə, döyüşlərdə fərqləndiklərinə görə müharibə veteranlarına, qazilərə və vətənpərvərlik işinin təşkilində xidməti olanlara minnətdarlıq edib və hər kəsi Azərbaycan naminə Müzəffər Ali Baş Komandanın ətrafında daha sıx birləşməyə, Müzəffər Azərbaycan Ordusuna dayaq olmağa çağırıb.

Sonda tədbir iştirakçıları birlikdə xatirə şəkli çəkdiriblər.

 

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə İsmayıllı rayonunda “Müzəffər Komandan, Müzəffər Ordu” adlı tədbir keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar

Yeni inşa olunmuş yaşayış binası xidməti istifadəyə verilib

Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb

Xalq yazıçısı Anar məktəblilərlə görüşündə mütaliənin əhəmiyyətindən danışıb

MEDİA-da Özbəkistan Jurnalistlər İttifaqının nümayəndə heyəti ilə görüş olub

Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Küçə mühitindəki uşaqlarla bağlı layihəyə cəlb olunmuş sosial işçilər üçün təlimlər keçirilib

“Cinayət prosesini həyata keçirən orqana çağırış vərəqələrinin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Cinayət mühakimə icraatında prosessual sənədin verilməsi barədə qəbzlərin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Coğrafiyaçı alimlər məktəblilərlə görüşüb

Alimlər məktəblilərə narkomaniyanın fəsadlarından danışıblar

Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb

Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik

® “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə edib

Azərbaycan Prezidenti: Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərinin həlli üçün istifadə edilib

Füzuliyə köçənlərə ödənişsiz danışıq sim-kartları hədiyyə edilib

Azərbaycan taekvondoçusu: Ümid edirəm ki, Paris Olimpiadasında medallarımızın sayı Tokiodakından çox olacaq

Bakının daha bir prospektində velosiped yolu salınır

Azərbaycan Prezidenti: Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir

BMU-da IELTS imtahanına təşviqlə bağlı üçtərəfli müqavilə imzalanıb

Birinci rübdə neft-qaz sektoru üzrə dövlət büdcəsinə daxilolmalar proqnozu 5 faiz ötüb

Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək

Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik

Pakistan iqtisadiyyatında artım müşahidə olunur

Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 44 faiz çoxalıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidmətinin media üçün məlumatı

Prezident İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq

Bu il Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsaitin xərcləndiyi istiqamətlər açıqlanıb

BEA: Bu il elektromobil satışları 20 faizdən çox artacaq

Ağdamda əmək yarmarkası təşkil olunacaq

Rusiya Baş Prokurorluğu ölkədə təxribat və terror aktları riskinin artmasını xəbər verib

Dünyanın qəbul etdiyi Azərbaycan həqiqəti ŞƏRH

QSC əmək hüquqlarının pozulmasına görə 20 min manat cərimələnib

Prezident: COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında ən azı baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür

Çexiyada V4 ölkələri baş qərargah rəislərinin görüşü keçirilir

Azərbaycanlı skripkaçı Canel Nəcəfli Barselonada keçirilən müsabiqədə Fəxri diploma layiq görülüb

Prezident İlham Əliyev: Ermənistan Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayır

Qırğızıstanın iki vilayətində daşqınla əlaqədar fövqəladə vəziyyət elan edilib

Sumqayıt rəssamları Şuşaya səfər ediblər

Azərbaycan və Çexiya arasında COP29 çərçivəsində əməkdaşlıq imkanları müzakirə edilib

Prezident İlham Əliyev: Çinlə əməkdaşlıq həm siyasi, həm iqtisadi, həm də daşımalar sahəsində genişlənir

İstanbulun “Vision Art Platform”u Aida Mahmudovanın “Bir arzu gerçəkləşir” adlı yeni fərdi sərgisinə ev sahibliyi edir

Azərbaycan Prezidenti: Dünya bundan sonra uzun illər ərzində hasil edilən enerji mənbələrinə ehtiyac duyacaq

MEK Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə virtual sərgi hazırlayıb

Xətai rayonunda un məmulatlarının istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Prezident İlham Əliyev: COP29-a sədrliyimizə ən təxirəsalınmaz məsələlərin həllinə qlobal aləmdə töhfə vermək fürsəti kimi də baxırıq

Fərid Cəfərov: Azərbaycanın son illərdə dünyada mədəniyyətlərarası dialoqun məkanı kimi tanıdılmasının şahidi oluruq VİDEO

BAM-ın veteranı Yuri Verbitski: Bir rəhbər kimi, biz Heydər Əliyevə minnətdarıq

Ağasəlim Mircavadov: “Zirə” gümüş medallara əsas namizəddir, “Turan Tovuz” avrokuboklara hazır deyil

İsrail ordusu “Hizbullah”ın iki komandirinin öldürüldüyünü bildirib

Azərbaycan Prezidenti: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Fransadan Britaniyaya keçməyə çalışan beş miqrant həlak olub

Azərbaycan Prezidenti: COP29 üç Cənubi Qafqaz ölkəsi arasında gələcək əməkdaşlıq üçün yol açacaq

Axit Qişlakayev: Heydər Əliyev BAM inşaatçıları üçün çox iş görüb

Araşdırma: qocalıq nə vaxt başlayır?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məktəblini təltif edib

Konstitusiya Məhkəməsi Palatası iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciətinə baxılaraq, qərardad qəbul edilib

Prezident: Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır və hətta böhran vəziyyətində də dayanıqlı artım göstərdi

Məktəblilər iqlim dəyişikliyi barədə məlumatlandırılıb

COP29-la bağlı Vergi Məcəlləsinə dəyişiklik ediləcək

DİN: Astara sakinində 51 kiloqram narkotik vasitə aşkarlanıb

Günəş elektrik stansiyası üzrə ilk hərrac elan edilib

Çinin Şençjen şəhərində güclü yağışa görə yüksək təhlükə səviyyəsi elan edilib

Naxçıvana 30 qutu ipəkqurdu toxumu gətirilib

Prezident İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik

Çexiya xarici işlər nazirinə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumat verilib

BDU-da keçirilən kitab sərgisində ilk dəfə əksər nəşriyyatlar bir araya gəlib

Xarici dövlətlərdə ali təhsil almış şəxslər peşə tanınması üzrə imtahan verəcəklər

Marneulidə yaşayan azərbaycanlılara pulsuz hüquqi yardım göstəriləcək

Prezident: Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə çox sıx tərəfdaşlıq münasibətlərimiz var

QDİƏT-in turizm üzrə təhsil müəssisələrinin birinci görüşündə “Bakı Bəyannaməsi” qəbul edilib

Türkiyə ordusu İraq və Suriyada 19 terrorçunu zərərsizləşdirib

Prezident İlham Əliyev: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür

BAM-ın veteran inşaatçısı: Heydər Əliyev mübariz insan idi və asudə vaxtlarını insanlara sərf edirdi

Ərdoğan: Ümid edirəm ki, Ermənistan düzgün yol seçər və yeni dövr başlayar

Çingiz Hüseynzadə: Parisdə ilk dəfə təmsil olunacağımız idman növlərində də sürpriz nəticələr gözləyirik

Yerli sort qarpız növləri unudulmaqdadır - Saatlıdan reportaj FOTO

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilir
Prezident İlham Əliyev forumda iştirak edir YENİLƏNƏCƏK CANLI

Beynəlxalq Riyaziyyat Olimpiadasında Azərbaycanı təmsil edəcək komandanın seçmə imtahanı keçirilib

İtaliyanın müstəqilliyi uğrunda mübarizədə canlarından keçmiş azərbaycanlıların xatirəsi anılıb

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilir - YENİLƏNİB VİDEO

“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə yarışacaq

Ali Məclisin komitə iclasında Nazirlər Kabinetinin hesabatı təqdim edilib

Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd olunacaq

Nazir müavini: VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna qeydiyyat prosesi davam edir

Avropa çempionatının oyunlarını idarə edəcək hakimlər açıqlanıb

Londonda hüquq şirkəti qurmuş azərbaycanlı vəkil: Elə olub ki, milyonlarla funt sterlinq təzminat almışıq - MÜSAHİBƏ

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

Dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin və psixotrop maddələrin siyahısında dəyişiklik edilir

Nəşriyyat direktoru: Tələbələr daha çox psixoloji və şəxsi inkişafla bağlı kitablara maraq göstərirlər

Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib VİDEO

Tunis, Əlcəzair və Liviya əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər

Fərid Cəfərov: Forum çərçivəsində 100-dən artıq dini liderin iştirak edəcəyi plenar iclasın keçirilməsi nəzərdə tutulur

Prorektor: Tələbə oxucular kitab sərgisində fəal iştirak edirlər

DSMF daha iki beynəlxalq mükafata layiq görülüb

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 30 dərəcə isti olacaq

Əməyin mühafizəsi sahəsində Türkiyənin təcrübəsi öyrənilir

Azərbaycanda alkoqollu içkilərin illik minimum istehsal həcmi 20 min dekalitr olacaq