CƏMİYYƏT


Müdafiə Sənayesi Nazirliyi əməkdaşlarının yay istirahəti səmərəli təşkil edilir

Bakı, 3 iyul, AZƏRTAC

Müdafiə Sənayesi Nazirliyi (MSN) əməkdaşlarının yay istirahəti günlərinin səmərəli təşkili məqsədilə tədbirlər həyata keçirilir.

MSN-dən AZƏRTAC-a bildiriblər ki, ötən illərdə olduğu kimi, bu il də nazirlik əməkdaşlarının və onların ailə üzvlərinin sağlamlıqlarının qorunması və bərpası məqsədilə respublikamızın səfalı guşələrindən olan Qəbələdə yerləşən dördulduzlu “Duyma” istirahət və sağlamlıq mərkəzinə turlar təşkil edilir.

İyulun 5-dən başlayacaq turlar sentyabrın 3-dək davam edəcək. Hər biri beş gün davam edəcək turlara nazirliyin 500-dən çox (15 qrupdan ibarət) əməkdaşının qatılması nəzərdə tutulur.

Turlar çərçivəsində nazirlik əməkdaşlarının Qəbələ və Oğuz rayonlarındakı tarixi məkanlara ziyarətləri və maraqlı yerlərlə tanışlıqları da təşkil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.