CƏMİYYƏT


Müdafiə Sənayesi Nazirliyi ilə “Turkish Aerospace” şirkəti arasında əməkdaşlıq əlaqələrinin yaradılmasına dair müzakirələr aparılıb

Bakı, 23 iyul, AZƏRTAC

İyulun 23-də müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev Türkiyənin aeronavtika və kosmonavtika sahəsi üzrə ixtisaslaşmış “Turkish Aerospace” şirkətinin baş direktoru Təməl Kotilin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Sənayesi Nazirliyindən (MSN) AZƏRTAC-a bildiriblər ki, görüşdə Yəhya Musayev Azərbaycan ilə qardaş Türkiyə arasındakı əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirib. Nazir müavini MSN-in fəaliyyəti barədə nümayəndə heyətinə ətraflı məlumat verib, Türkiyənin müvafiq qurumları ilə bu sahədə mövcud əməkdaşlıq əlaqələrindən danışıb.

Görüşdə Müdafiə Sənayesi Nazirliyi ilə “Turkish Aerospace” şirkəti arasında əməkdaşlıq əlaqələrinin yaradılmasına dair geniş müzakirələr aparılıb.

Nümayəndə heyətinin başçısı Təməl Kotil səmimi görüşə görə minnətdarlığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.