SİYASƏT


Müdafiə Sənayesi Nazirliyinin məhsulları Türkiyədə keçirilən “IDEF-2019” sərgisində nümayiş etdirilir VİDEO

İstanbul, 30 aprel, AZƏRTAC

Aprelin 30-da İstanbulda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə “IDEF-2019” XIV beynəlxalq müdafiə sənayesi sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, 70 ölkədən 1061 şirkət və 500-dən çox rəsmi nümayəndə heyətinin qatıldığı sərginin açılışında Azərbaycanın müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev də iştirak edib.

“IDEF-2019” sərgisində milli pavilyonla təmsil olunan Müdafiə Sənayesi Nazirliyinin nümayiş etdirdiyi məmulatlar - snayper tüfəngləri, avtomatlar, hücum pulemyotları, qumbaraatanlar, minaatanlar, pirotexniki vasitələr, optik sistemlər, döyüş maşınları, pilotsuz uçuş aparatları, müxtəlif çaplı döyüş sursatları və digər hərbi təyinatlı məhsullar tədbirin birinci günündə ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.

Tədbirə qatılan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və digər güc qurumlarının nümayəndələri MSN-in stendində nümayiş etdirilən məmulatlarla tanış olublar.

Sərgi çərçivəsində nazir müavini Yəhya Musayevin dost və müttəfiq ölkələrin rəsmi nümayəndə heyətləri, habelə bu sektorda fəaliyyət göstərən aparıcı firmaların nümayəndələri ilə görüşləri təşkil olunacaq.

“IDEF-2019” sərgisi işini mayın 3-dək davam etdirəcək.

 

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.