CƏMİYYƏT


Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti “IDEX-2019” beynəlxalq müdafiə sərgisində iştirak edir

Bakı, 18 fevral, AZƏRTAC

Müdafiə Sənayesi Nazirliyinin (MSN) nümayəndə heyəti fevralın 17-dən Əbu-Dabidə açılan “IDEX-2019” 14-cü beynəlxalq müdafiə sərgisi və konfransında iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) səfərdədir.

MSN-dən AZƏRTAC-a bildiriblər ki, tədbirə qatılan nümayəndə heyəti sərgi çərçivəsində Türkiyənin “MKEK”, Rusiyanın “Rosoboronexport”, Serbiyanın “Yugoimport”, Birləşmiş Ərəb Əmirliklərinin “Mobile Land Systems” və “Tawazun”, Səudiyyə Ərəbistanı Krallığının “Military Industries Corporation” şirkətlərinin rəhbər və nümayəndələri ilə görüşlər keçirib. Görüşlərdə hərbi-texniki sahədə əməkdaşlığın inkişaf etdirilməsi və Azərbaycan istehsalı olan hərbi təyinatlı məmulatların ixracına dair danışıqlar aparılıb.

“IDEX” sərgisi Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zayed Al Nəhyanın himayəsi ilə bu ölkənin Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilir.

Sərgi işini fevralın 21-dək davam etdirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.