SİYASƏT


Müdafiə Təhsilinin Genişlənməsi Proqramı çərçivəsində işçi görüşləri keçirilib

Bakı, 17 iyun, AZƏRTAC

NATO-nun Müdafiə Təhsilinin Genişlənməsi Proqramı (DEEP) çərçivəsində proqramın Azərbaycan üzrə koordinatorları və NATO-nun müxtəlif təhsil üzrə ekspertləri ilə Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetində işçi görüşü keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə hərbi təhsil sisteminin və əməkdaşlığın inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb, bu sahədə qazanılan təcrübə üzrə brifinqlər təqdim olunub.

Sonra qonaqlar proqrama uyğun olaraq, Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitut və Tibb Universitetinin Hərbi Tibb Fakültəsində olublar. Burada onlara tədris prosesi barədə ətraflı məlumat verilib, qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.