SİYASƏT


Müdafiə naziri: Döyüş hazırlığı tədbirləri, təlim və məşqlərin intensivliyi daha da artırılsın!

Bakı, 7 may, AZƏRTAC

Mayın 7-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müşavirəyə nazir müavinləri, qoşun növü komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, həmçinin hərbi birlik komandirləri cəlb olunub.

Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarına çatdırıb.

Müşavirədə Azərbaycan-Ermənistan dövlət sərhədindəki və Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraiti geniş təhlil edilib, bölmələrin maddi-texniki, mühəndis və digər döyüş təminatının gücləndirilməsi, xidməti-döyüş fəaliyyətinin təkmilləşdirilməsi və şəxsi heyətin sayıqlığının artırılması barədə konkret tapşırıqlar verilib.

General-polkovnik Z.Həsənov döyüş hazırlığı tədbirləri, təlim və məşqlərin intensivliyinin artırılması ilə bağlı qoşun növü komandanlarına göstərişlər verib, döyüş mövqelərinin və səngərlərin möhkəmləndirilməsi, eləcə də təminat yollarının daim işlək vəziyyətdə saxlanılması barədə müvafiq tapşırıqları çatdırıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.