SİYASƏT


Müdafiə naziri: KİV nümayəndələri əsgər ölümləri ilə bağlı məlumatları yayarkən həssas olmalıdırlar

Bakı, 20 iyun, AZƏRTAC 

Kütləvi informasiya vasitələrinin nümayəndələri əsgər ölümləri ilə bağlı məlumatları yayarkən həssas olmalıdırlar. Hər bir əsgər ölümü olanda biz çox ciddi sarsıntı keçiririk.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov iyunun 20-də jurnalistlər üçün təşkil olunan mətbuat konfransında deyib.

Zakir Həsənov bildirib ki, hər dəfə hərbi qulluqçularımızın həlak olması faktı baş verəndə ciddi araşdırma aparırıq. Araşdırmalardan sonra məlum olur ki, əsgər şəhid olub və ya qeyri döyüş şəraitində həlak olub. Ona görə də mətbuat nümayəndələri hadisə barədə məlumat verməyə tələsməməlidirlər. Gəlin, araşdırmanın nəticəsini gözləyək. Biz heç vaxt əsgər ölümlərini gizlətmirik. Sadəcə, tələsməyə yol vermək olmaz.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.