SİYASƏT


Müdafiə naziri Naxçıvan istiqamətində işğaldan azad edilmiş ərazilərdə olub

Bakı, 31 oktyabr, AZƏRTAC 

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Naxçıvan Qarnizonu qoşunlarının xüsusi təyinatlı birləşmə və hissələrinin birgə taktiki-xüsusi təlimində iştirak etmək üçün Naxçıvan Muxtar Respublikasına səfər edən müdafiə naziri, general-polkovnik Zakir Həsənov işğaldan azad edilmiş ərazilərdə olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir Günnüt kəndi və ətraf ərazilərdə yerləşən mövqelərdə, Qızılqaya yüksəkliyində yaradılmış etibarlı müdafiə sistemi, görülmüş mühəndis işləri və yeni mövqelərdə qısa zamanda tikilən əsgəri-məişət kompleksləri ilə tanış olub. Bölmələrin yerləşdiyi ərazinin relyefinə və iqlim şəraitinə uyğun inşa olunan binalar keyfiyyətli mebel dəstləri və digər lazımi avadanlıqla, daimi işıq və istilik sistemi ilə təchiz edilib.

General-polkovnik Z.Həsənov ön xətdə əsgər və zabitlərlə görüşüb, xidmətin təşkili ilə maraqlanıb. Nazir xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya qiymətli hədiyyələr təqdim edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.