SİYASƏT


Müdafiə naziri Türkiyə Hərbi Dəniz Qüvvələrinin xilasetmə qrupunun üzvləri ilə görüşüb

Bakı, 20 avqust, AZƏRTAC 

Avqustun 20-də Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Hərbi Hava Qüvvələrinin qəzaya uğramış “MiQ-29” təyyarəsinin axtarışlarında ölkəmizin müvafiq qurumları ilə birlikdə fəal iştirak edən Türkiyə Respublikası Hərbi Dəniz Qüvvələrinin xilasetmə qrupunun üzvləri ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir həlak olan pilot polkovnik-leytenant Rəşad Atakişiyevin ailəsinə, yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verib, qəza baş verdiyi andan bu istiqamətdə həyata keçirilən tədbirlərin daim ölkə rəhbərinin nəzarətində olduğunu xüsusi vurğulayıb.

General-polkovnik Z.Həsənov hadisə baş verən ilk gündən ordumuza dəstək göstərən, xilasetmə əməliyyatlarında iştirak etmək barəsində tərəfimizdən edilən müraciətə dərhal cavab verərək mütəxəssislərdən ibarət qrupu ölkəmizə göndərən Türkiyə Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkürünü bildirib.

Sonda türkiyəli mütəxəssislərin əzmkarlığını və peşəkarlığını yüksək qiymətləndirən Müdafiə naziri onlara fəxri fərman və qiymətli hədiyyələr təqdim edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.