SİYASƏT


Müdafiə naziri Xocavənddə komandoların təlimini izləyib VİDEO

Bakı, 8 iyul, AZƏRTAC

Müdafiə naziri general-polkovnik Zakir Həsənov iyulun 8-də Quru Qoşunlarının Xocavənd rayonundakı Əməliyyat (Komando) bölmələrinin təlim-məşqlərini izləyib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 2022-ci ilin döyüş hazırlığı planına əsasən çətin relyefli ərazilərdə keçirilən təlimdə komandolar yüksək peşəkarlıq nümayiş etdiriblər.

Müdafiə nazirinə təlimin planına uyğun olaraq qəbul edilən qərar barədə məruzə edilib.

Qeyd olunub ki, ssenariyə əsasən təxribat törədərək dövlət sərhədi istiqamətindəki yaşayış məntəqəsinə basqın edən şərti düşmənin zərərsizləşdirilməsi üzrə komando bölməsi müvafiq tapşırıq alıb.

Komandolar dərhal daimi dislokasiya məntəqələrini tərk edərək şərti düşmənlə təmasa girmədən ərazi relyefi nəzərə alınmaqla hakim yüksəklikləri ələ keçirib və burada möhkəmlənmə fəaliyyətlərini icra ediblər.

Əldə olunan kəşfiyyat məlumatına əsasən aşkarlanmış şərti düşmən mövqeləri pusqu və basqın yolu ilə darmadağın edilib.

Müdafiə naziri komandir heyətinin çevik və optimal qərar qəbuletmə bacarıqlarının inkişaf etdirilməsi, eləcə də komandoların dağlıq və meşəlik ərazilərdə taktiki vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlimi yüksək qiymətləndirib və aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.