SİYASƏT


Müdafiə naziri cəbhəboyu zonada yerləşən tank hərbi hissəsinin açılışında iştirak edib

Bakı, 5 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən cəbhəboyu zonada olan müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti bir sıra hərbi təyinatlı obyektlərdə olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ön xətdə yerləşən tank hərbi hissəsinin açılışında iştirak edən müdafiə naziri burada yaradılan şəraitlə tanış olub və müvafiq göstərişlər verib.

Yeni tikilən inzibati və xidməti obyektlərə, həmçinin burada saxlanılan hərbi texnikalara baxış keçirən general-polkovnik Zakir Həsənov tank heyətlərinin hazırlığını yoxlayıb və zirehli texnikanın döyüş tətbiqi ilə bağlı tapşırıqlar verib.

Sonda müdafiə naziri tankçılarla birgə nahar edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.