SİYASƏT


Müdafiə naziri döyüş hazırlığı üzrə məşğələləri izləyib VİDEO

Bakı, 15 oktyabr, AZƏRTAC

Oktyabrın 15-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti təlim mərkəzlərindən birində olublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müdafiə naziri təlim mərkəzinin yeni istifadəyə verilmiş ümumqoşun atış meydanında hərbi qulluqçuların atəş hazırlığı üzrə keçirilən məşğələlərini izləyib.

Məruzə edilib ki, atış meydanında şəxsi heyətin döyüş texnikası və müxtəlif növ atıcı silahlardan atış çalışmalarının, həmçinin atəş hazırlığı üzrə normativlərin yerinə yetirilməsi üçün atış sahələri və taktiki siniflər mövcuddur.

Müdafiə naziri hərbi qulluqçuların vəzifə borclarının dərindən mənimsənilməsi, atəş hazırlığı üzrə normativlərin dəqiq yerinə yetirilməsi, o cümlədən döyüş hazırlığının daha da yüksəldilməsi istiqamətində müvafiq tapşırıqlar verib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.