SİYASƏT


Müdafiə naziri təlimlər çərçivəsində Hərbi Hava Qüvvələrinin birləşmiş komanda məntəqəsində olub  VİDEO

Bakı, 17 mart, AZƏRTAC

Azərbaycan Ordusunun əməliyyat-taktiki təlimləri çərçivəsində Hərbi Hava Qüvvələrinin zenit-raket qoşunları və hərbi aviasiyanın qarşılıqlı fəaliyyətinin təşkilini yoxlamaq məqsədilə müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Hərbi Hava Qüvvələrinin birləşmiş komanda məntəqəsində olublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov müasir avtomatlaşdırılmış idarəetmə sistemləri ilə təchiz edilmiş Birləşmiş komanda məntəqəsinin fəaliyyəti barədə müdafiə nazirinə məruzə edib. Bildirilib ki, müasir texnoloji avadanlıqla təchiz edilən məntəqə Hərbi Hava Qüvvələrinin fasiləsiz döyüş növbətçiliyinin aparılması, qoşunların qısa müddətdə döyüş vəziyyətinə gətirilməsi, eləcə də istənilən iqlim şəraitində və sutka ərzində düşmənin hava hədəflərinin izlənilməsi, kəşfiyyat məlumatlarının toplanılması, təhlili, qərarların vaxtında qəbulu və aviasiya qüvvələrinin döyüş tapşırıqlarını maksimal effektiv icrasını təmin edir. Qeyd edilib ki, təlimlər çərçivəsində komanda məntəqəsi, həmçinin şərti düşmənin aşkar olunan hava hədəflərinin məhv edilməsi üçün əldə edilən məlumatların zenit-raket komplekslərinin komanda məntəqələrinə ötürülməsini təmin edir.

Birləşmiş Komanda Məntəqəsindəki şəraitlə maraqlanan müdafiə naziri xidmətin və döyüş növbətçiliyinin təşkili və aparılması ilə bağlı müvafiq tapşırıqlar verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.