ELM VƏ TƏHSİL


Müəllim olmaq istəyənlər üçün sınaq imtahanına qeydiyyat prosesi davam edir

Bakı, 8 may, AZƏRTAC

Müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı nəzərdə tutulan sınaq imtahanına qeydiyyat prosesi davam edir.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, sınaq imtahanında iştirak etmək istəyənlər mayın 11-dək miq.edu.az/sinaq linkinə daxil olaraq elektron qeydiyyatdan keçə bilərlər.

Sınaq imtahanı Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən mayın 16-da Azərbaycan Dövlət İqtisad Universitetinin II (Gənclik korpusu) tədris binasında keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.